DÜNYANIN GÖZÜ ÇİNDƏ: Tramp 8,5 ildən sonra Çində elə qarşılandı ki... - VİDEO, FOTO  (YENİLƏNİB)

DÜNYANIN GÖZÜ ÇİNDƏ: Tramp 8,5 ildən sonra Çində elə qarşılandı ki... - VİDEO, FOTO  (YENİLƏNİB)

GÜNDƏM

13.05.2026, 16:49

ABŞ Prezidenti Donald Tramp az əvvəl Çinin paytaxtı Pekinə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təxminən 8,5 ildən sonra Çinə rəsmi səfər edən Tramp onun üçün hazırlanan yüksək səviyyəli qarşılanma mərasimindən xeyli heyrətlənib və bu, aydın sezilib.

Məlumat üçün qeyd edək ki,  Donald Trampın səfər 15 maya qədər davam edəcək. Onu Dövlət Katibi Marko Rubio, Müdafiə Katibi Pit Heqset və digər rəsmilər müşaiyət edir.

***

ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin bu gün Pekində bir araya gələcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə ABŞ-İran müharibəsi və onun fəsadları, ticarət anlaşmaları, Tayvan ətrafındakı gərginlik və nüvə silahlarına qədər bir çox strateji mövzuların müzakirə ediləcəyi planlanıb.

İddialara görə, Çinin paytaxtı Pekin dünya siyasətinin və iqtisadiyyatının gələcəyini formalaşdıracaq tarixi bir sammitə ciddi təhlükəsizlik tədbirləriylə hazırlaşıb.

ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən sayca 7-ci görüşün ən aktual mövzularından biri ABŞ-İran gərginliyi ətrafında olacağı gözlənilir. Bildirilir ki, xüsusən Hörmüz boğazında yaranmış vəziyyətin Çinə də təsiri, dünyada bahalaşan enerji xərcləri və sair məsələlər dünyanın iki nəhəng ökəsini uzlaşmağa vadar edir.

Səfərdən əvvəl ABŞ prezidenti Tramp həmkarı Si ilə telefon danışığı etdiyini bildirib və əlavə edib: "Hər ikimiz bu görüşü səbirsizliklə gözləyirik. Əla olacaq".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR