Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran "Sarmat"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”  

Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran \"Sarmat\"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”  

GÜNDƏM

Bugün, 00:03

Rusiyanın Strateji Raket Qüvvələri daha bir qitələrarası ballistik raketi sınaqdan çıxarıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiyanın Strateji Raket Qüvvələrinin rəisi Sergey Karakayev məlumat verib.

O, sınağı onlayn izləyən Rusiya Prezidenti Vladimir Putinə raportunda bildirib ki, "Sarmat" qitələrarası ballistik raketi uğurla sınaqdan çıxarılıb. Onun sözlərinə görə, "Sarmat" qitələrarası ballistik raketi  düşmənlərə qorxu salacaq növbəti uğurlu silahdır: “Biz bu gün yeni raketimizi uğurla sınaqdan çıxardıq. Sınaq nəticələri mükəmməldir. Yeni raket sistemimiz kütləvi istehsalla ilin sonuna qədər ordumuzun arsenalına veriləcək və biz bununla döyüş missiyamızı daha da gücləndirəcəyik. Bu, eyni zamanda, strateji nüvə imkanlarımızı da artıracaq”

Putin isə Karakayevi "Sarmat" raketinin uğurlu sınaqdan keçirilməsi münasibətilə təbrik edib: “Bu raketin istehalına 2011-ci ildə başladıq. Bu, dünyanın ən güclü raket sistemidir. Raketdəki döyüş başlığı Qərb raketlərindən dörd dəfə güclüdür. Bu raket təkcə ballistik deyil, həm də suborbital kosmik uçuşlar həyata keçirə bilir. Bunun sayəsində raket 35.000 kilometrdən çox məsafə qət edə bilir, dəqiqliyini ikiqat artırır, mövcud və gələcək raketdən müdafiə sistemlərini dəf edir."

Putin Rusiyanın 2000-ci illərdə çəkindirmə qabiliyyətlərini gücləndirməyə başladığını xüsusi vurğulayıb: “Rusiya strateji təhlükəsizliyini təmin etməli, strateji güc balansını qorumalıdır. Bu kontekstdə nüvə gücümüzlə bağlı proqramı genişləndiririk. “Sarmat” qədər "Avanqard" və "Kinjal" hipersəs raket sistemlərini istifadəyə verdik. "Kinjal” Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı istifadə olundu, bundan sonra onun modernləşdirilməsi işləri də aparıldı. Həmçinin hipersəs təyinatlı orta mənzilli "Oreşnik" ballistik raketini də ötən il ordunun inventarına daxil elədik. Bu raket də nüvə başlıqları daşımaq gücündədir…”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR