Vasif Talıbov uzun sürən səssizliyini pozdu - FOTO

Vasif Talıbov uzun sürən səssizliyini pozdu - FOTO

SİYASƏT

Bugün, 18:05

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov uzun sürən səssizliyini Ümummilli Lider Heydər Əliyevin doğum günündə pozub.

Muxtar respublikanı 27 il (1995-2022) mütləq hakimiyyətlə idarə edən və "Naxçıvan xanı" kimi tanınan sabiq rəhbər Ulu Öndərin 103-cü ildönümünü özünəməxsus, sükut dolu bir ssenari ilə qeyd edib.

Vasif Talıbov evində Ümummilli Liderin nəhəng portreti qarşısında təkbaşına dayanaraq foto çəkdirib. Bir zamanlar ətrafında izdihamların olduğu sabiq sədrin bu dəfəki tənha fotosu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. 

Xatırladaq ki, Vasif Talıbov 2022-ci ilin dekabrında istefa verdikdən sonra ictimaiyyət qarşısına demək olar ki, çıxmır. 30 ilə yaxın bir dövr ərzində Naxçıvanın idarəçiliyini əlində saxlayan Talıbovun bu tənha pozu, onun siyasi arenadan tamamilə kənarlaşmasından sonrakı yeni həyat tərzinin təzahürü kimi qiymətləndirilir/Nocomment.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR