Ulu Öndərin həyatı və fəaliyyəti bütöv bir məktəbdir - Vahid Tağıyev yazır
SİYASƏT
09.05.2026, 23:46
“Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır” - Heydər Əliyev
Ümummilli lider Heydər Əliyev böyük dövlət xadimi, qətiyyətli rəhbər, müdrik siyasətçi, Vətənini və xalqını sonsuz məhəbbətlə sevən dahi şəxsiyyət idi.
Ulu Öndərin həyatı və fəaliyyəti bütöv bir məktəbdir. Azərbaycanın dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar, müxtəlif istiqamətlər üzrə müəyyənləşdirilən inkişaf strategiyası bu zəngin siyasi və idarəçilik təcrübəsindən həmişə bəhrələnəcəkdir.
Dahi lider hər bir inkişafın elm və təhsildən başladığını xüsusi vurğulayırdı. Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə təhsil sahəsini daim diqqət mərkəzində saxlamış, onun rəhbərliyi ilə təhsil sistemində mühüm islahatlar həyata keçirilmişdir.
Heydər Əliyev təhsilə, təlim və tərbiyə məsələlərinə, müəllim şəxsiyyətinə xüsusi diqqət yetirirdi. Onun bu sahə ilə bağlı söylədiyi müdrik fikirlər bütün dövrlər üçün aktuallığını qoruyan qiymətli ideyalar olaraq əhəmiyyətlidir. Bu fikirlər pedaqoji fəaliyyətin mahiyyətinə işıq tutan, istiqamət verən mühüm metodoloji mənbədir.
Təhsilin millətin gələcəyində həlledici rolunu yüksək qiymətləndirən Ümummilli Lider deyirdi:“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Bütün həyatını Azərbaycanın inkişafına və tərəqqisinə həsr edən Heydər Əliyev xalqımızın təhsilinə, bu sahədə çalışan insanların əməyinə və şəxsiyyətinə daim yüksək qiymət vermiş, müəllim peşəsinə böyük hörmət və ehtiramını hər zaman ifadə etmişdir. Bu münasibət onun çıxışlarında, müəllimlər qurultaylarına ünvanladığı məktublarda və müxtəlif tədbirlərdəki nitqlərində aydın şəkildə öz əksini tapmışdır.
Onun müəllimlik peşəsi haqqında söylədiyi fikirlər bu sənətə verdiyi yüksək dəyərin parlaq ifadəsidir: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”.
“Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”.
Ulu Öndər müəllim əməyini cəmiyyət üçün ən vacib və ən məsuliyyətli fəaliyyət sahələrindən biri hesab edirdi: “Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır”.
Böyük həyat təcrübəsinə malik olan Heydər Əliyev insanın formalaşmasında orta təhsilin xüsusi əhəmiyyət daşıdığını daim vurğulayırdı. O qeyd edirdi ki, insanın gələcək həyatda öz yerini tutmasının əsası məhz məktəbdə qoyulur: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.
Bu fikirləri Ulu Öndər öz həyat təcrübəsi ilə də təsdiqləyirdi: “İndiyə qədər həyatımda keçdiyim yol, mənim biliyim, elmim hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır...”.
Məlumdur ki, təhsil və tərbiyə prosesində müəllimin peşəkarlığı, akademik biliyi və mənəviyyatı əvəzsiz rol oynayır. Müəllim öz şəxsiyyəti və vətənpərvərliyi ilə gənc nəslə nümunə olmalıdır.
Bu gün təhsil prosesində qarşıya çıxan bir çox məsələlərin həlli ilə bağlı Ulu Öndərin uzaqgörən fikirləri xüsusi aktuallıq daşıyır. O hesab edirdi ki, təlim-tərbiyə prosesində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi yalnız məktəbin və müəllimin səyi ilə mümkün deyil. Yetişən nəslin layiqli vətəndaş kimi formalaşması üçün bütün cəmiyyət məsuliyyət daşımalıdır. Xüsusilə məktəb və ailə arasında sıx əməkdaşlıq təmin edilməlidir.
Ümummilli Lider bu barədə deyirdi: “Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi olmadan mükəmməl tərbiyə ola bilməz, çünki bu proses kompleks bir prosesdir və onun səmərəliliyini valideynlərlə pedaqoqların birgə səyi ilə yüksəltmək lazımdır”.
Dahi şəxsiyyət Heydər Əliyevin milli təhsil və tərbiyə məsələləri ilə bağlı irəli sürdüyü ideyalar və nəzəri yanaşmalar bu gün də öz aktuallığını qoruyur.
Bu irs yalnız müasir dövr üçün deyil, gələcək nəsillər üçün də mühüm mənəvi və pedaqoji istiqamət olaraq yaşayacaqdır.
Vahid Tağıyev
Təcrübəli, peşəkar təhsil işçisi.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Bugün, 11:11 SİYASƏT
-
Rusiya ordusu Ukraynanın bəzi şəhərlərini bombalayıb
Bugün, 10:02 GÜNDƏM
-
Hədiyyə kartlarının etibarlılıq müddəti... - Hakim izahat verdi
Bugün, 09:40 GÜNDƏM
-
32 yaşlı argentinalı futbolçu: "Əla matç olacaq"
Bugün, 09:38 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:27 İQTİSADİYYAT
-
Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu
Bugün, 09:18 DÜNYA
-
RƏSMİ TEHRAN: “İslamabad razılaşması bitdi”
Bugün, 09:12 GÜNDƏM
-
Türkiyədə bələdiyyə sədri həbs olundu
Bugün, 08:59 SİYASƏT
-
CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi” (Yenilənib)
Bugün, 08:17 GÜNDƏM
-
DÇ-2026: İspaniya Fransa üzərində tarixi qələbə qazandı
Bugün, 00:58 İDMAN
-
"O VAXT İRAQIN İŞĞALI YANLIŞ İDİ” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar
Bugün, 00:31 GÜNDƏM
-
İran ordusu ABŞ-ın hücumuna cavabı verib: "Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək"
Bugün, 00:23 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 00:05 GÜNDƏM
-
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum olub - 11 nəfər xilas edilib - Kapitan isə axtarılır
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə!
14.07.2026, 23:23 İDMAN
-
"Tiktoker Arzum"un hökmü: xəstəxanada 21 dəqiqə qalıb, maşını aeroportdan götürülüb
14.07.2026, 22:07 KRİMİNAL
-
İlham Əliyevin adından Xankəndidə Slovakiya prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
14.07.2026, 20:27 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda yenidən hakim qarşısında + FOTOLAR
14.07.2026, 18:36 GÜNDƏM
-
BAKIDA KOLBASA SEXİNDƏ İYRƏNCLİK - Agentlik yoxladı və... + FOTOLAR
14.07.2026, 18:09 İQTİSADİYYAT
-
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026, 18:04 İQTİSADİYYAT
-
Azərbaycan və Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
14.07.2026, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi
14.07.2026, 17:59 KRİMİNAL
-
TBİLİSİ-BAKI QATARINA UCUZ BİLET SATAN ŞİRKƏT... - Qadağa qoyulub?
14.07.2026, 17:47 CƏMİYYƏT
-
Agentlik sədri 6 ay sonra qərarını dəyişdi - Regional idarə müdiri vəzifədən uzaqlaşdırıldı
14.07.2026, 17:40 CƏMİYYƏT
-
CHP-də gərginlik pik həddə yüksəldi - Özgür Özəl məhkəməyə üz tutdu
14.07.2026, 17:34 SİYASƏT
-
“Beşiktaş”dan Məhəmməd Salahla bağlı – Açıqlama
14.07.2026, 17:24 İDMAN
-
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni müəssisələr yaradıldı - Əli Əsədov qərar verdi
14.07.2026, 17:12 CƏMİYYƏT
-
İkardi "Qalatasaray"da qalacaq? - Okan Burukdan açıqlama
14.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.07.2026, 17:00 İQTİSADİYYAT
-
Həbsdə olan sabiq icra başçısı barədə yeni qərar verildi
14.07.2026, 16:54 GÜNDƏM
-
Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb
14.07.2026, 16:53 CƏMİYYƏT
-
Yaqut İmanova: "Flora Kərimovanın səhhəti yaxşıdır"
14.07.2026, 16:48 MƏDƏNİYYƏT
-
Aktrisa izləyicilərini məhkəməyə verməyə hazırlaşır
14.07.2026, 16:39 ŞOU-BİZNES