SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı daha bir qalmaqal: 200 min manatlıq iddia... - Nəvəsinin anası həbs olundu, daha sonra isə... (FOTO, YENİLƏNİB)
SİYASƏT
09.05.2026, 13:17
Dünən həbs edilən SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin keçmiş xanımı Fidan Abbasova bu gün sərbəst buraxılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Yuxarı instansiya şikayəti dərhal icraata götürüb və həbs qərarının əsassız olduğunu elan edib.
Hakim Fidanın atası tərəfindən qəbul edilməyən azyaşlı övladının olmasını da nəzərə alaraq, həbsdən imtina edilməsini qanunauyğun sayıb. Nəticədə, Fidan Abbasova dərhal həbsdən azad olunub.
Fidanın hüquqlarının müdafiəsinə isə tanınmış vəkil Ceyhun Yusifov qoşulub. Məhkəmə sonrası açıqlama verən vəkil ittihamı onsuz da qəbul etmədiklərini, şikayətlərinin qəbul ediləcəyinə inandıqlarını bildirib: “Əsas şikayətçi Orxan İsmayılzadə iddia edir ki, Fidan 9 il əvvəl ondan hədə-qorxu ilə 200 min manat alıb. Əgər belə hal olubsa, niyə 9 il ərzində bununla bağlı müraciət etməyib? Niyə məhz atalıqla bağlı məhkəmə qərarından sonra bu iddia ortaya çıxıb? Bu qədər ziddiyyətli və sübuta yetirilməmiş iddia əsasında şəxsin həbs olunması doğru deyildi. Nəticə etibarilə məhkəmə də yekunda bizim mövqeyimizi əsaslı saydı. Fidan bir gecəlik həbsdən sonra övladının yanına qayıdır. Şübhəsiz ki, ədalət hər zaman yerini tapır”.
Qeyd edək ki, Fidan Abbasova ilə İsmayılovlar ailəsi arasında uzun illərdir məhkəmə çəkişməsi davam edir. Məsələ ondan ibarətdir ki, Fidan Abbasova ilə Orxan İsmayılzadə bir müddət münasibətdə olublar və həmin münasibət dövründə bir uşaq dünyaya gəlib. Lakin O.İsmayılzadə uşağı qəbul etmir və səbəbi tibbi cəhətdən ata olmasının mümkün olmadığını iddia etməsi ilə əsaslandırır. Buna baxmayaraq, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi təqdim olunan sübutlar əsasında uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib. Bununla bağlı son məhkəmə qərarı elə bir neçə gün əvvəl elan olunub.
***
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin övladının anası Fidan Abbasova mayın 8-də saxlanılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, F.Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir.
Şantajla bağlı ittiham üzrə şikayətçi Orxan İsmayılzadədir. O iddia edir ki, Fidan 2017-ci ildə onlardan 200 min manat pul alıb.
Fidan isə ittihamı qəbul etmir. Onun sözlərinə görə, məqsəd uşağın atalığına dair iddiadan imtina edilməsinə nail olmaqdır. Çünki birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının O.İsmayılzadə olduğunu təsdiqləyib.
Hazırda Fidan cinayət məsuliyyətinə cəlb edilib. O, gün ərzində həbs tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacaq.
***
Fidan Abbasova barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumatı onun vəkili Ceyhun Yusifov təsdiq edib.
Vəkil deyib ki, müvəkkilinə verilmiş ittihamı əsassız hesab edirlər, qərardan apellyasiya şikayəti veriləcək.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ukrayna ordusu Rusiyanın nəhəng raket zavoduna hücum edib
Bugün, 09:46 GÜNDƏM
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - Hava ilə bağlı
Bugün, 09:25 CƏMİYYƏT
-
DÇ-2026: Belçika və Misir növbəti mərhələdə!
Bugün, 09:08 GÜNDƏM
-
DÇ-2026: Turnirin sürpriz yığması tarix yazdı - İspaniya da növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 09:01 GÜNDƏM
-
ABŞ ordusu İrana zərbə endirdi, Tehran cavab verdi - Bölgədə gərginlik yenidən böyüyür
Bugün, 08:52 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:07 GÜNDƏM
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - VİDEO
Bugün, 00:00 GÜNDƏM
-
“Çağırır torpağım, çağırır anam...”
26.06.2026, 23:51 MƏDƏNİYYƏT
-
Mədəniyyət kanalının rəhbəri dəyişib? - AÇIQLAMA (YENİLƏNİB)
26.06.2026, 22:32 PRESS
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - FOTOLAR
26.06.2026, 18:15 CƏMİYYƏT
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
26.06.2026, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
26.06.2026, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
26.06.2026, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
26.06.2026, 15:13 İDMAN
-
"Neftçi" klubu baş məşqçi ilə müqaviləni yeniləyib
26.06.2026, 13:21 İDMAN
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
26.06.2026, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
26.06.2026, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
26.06.2026, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
26.06.2026, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
26.06.2026, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
26.06.2026, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
26.06.2026, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26.06.2026, 00:05 MƏDƏNİYYƏT
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
26.06.2026, 00:01 GÜNDƏM
-
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO
25.06.2026, 23:01 GÜNDƏM
-
Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
25.06.2026, 22:43 İQTİSADİYYAT
-
TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)
25.06.2026, 22:05 PRESS
-
Hörmüz boğazında yük gəmisi vurulub
25.06.2026, 21:54 DÜNYA
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı oldu
25.06.2026, 20:37 GÜNDƏM
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTOLAR
25.06.2026, 20:08 SİYASƏT
-
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və..." - Hikmət Hacıyev
25.06.2026, 19:05 SİYASƏT
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
25.06.2026, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
25.06.2026, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
25.06.2026, 17:50 İQTİSADİYYAT