Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO

Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO

ŞOU-BİZNES

09.05.2026, 23:42

Tanınmış müğənni Vüsal Əliyevin ad günü məclisində müğənni Kəmalə Günəşlinin pul yağışına tutulması xeyli marağa və müzakirələrə səbəb olub.

Görüntülərdə bir nəfərin müğənninin başından aşağı pul səpdiyi, daha sonra isə onun sinəsinə pul qoyduğu əks olunur. Bu görüntülərlə bağlı hətta müğənni Vüsal Əliyevin özü də video paylaşaraq üzr istəyib.

Tanınmış şairə Nazilə Səfərli də özünün “Instagram” səhifəsində həmin məclisdən bəhs edən geniş video paylaşıb. Nazilə Səfərli bildirib ki, Kəmalə Günəşlini pul yağışına tutan şəxs diş həkimidir və əslən Gürcüstanın Faxralı kəndindəndir. Yenifikir.media olaraq Nazilə Səfərlinin həmin videosunu olduğu kimi təqdim edirik.

İndi isə belə bir sual yaranır: Kəmalə Günəşlinin sinəsinə pul basan şəxs doğrudanmı bu qədər səxavətlidir?

Həmin səxavətli həkim ay ərzində deyil, heç olmasa ildə on imkansız, ehtiyac içində yaşayan insanın dişlərini pulsuz müalicə və müayinə edibmi, qazancından ehtiyacı olan insanlara yardım göstəribmi?

Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, eləcə də Gürcüstanda Faxralı kəndindən olan yüzlərlə tələbə və ehtiyaclı ailə yaşayır. Özünü müğənni ilə reklam etdirmək istəyən bu həkim tələbələrə, öz doğma kəndindən olan bir neçə yaradıcı insanın kitablarının çapına dəstək versəydi, öz kəndinin tanıdılması üçün qısa da olsa bir film çəkdirsəydi, daha yaxşı reklam olardı. Nəinki sosial şəbəkələrdə bu cür ikrah doğuran görüntü ilə/https://yenifikir.media/

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR