"Son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın" - İlham Əliyev Slovakiyanın Baş nazirinə cavab verdi
GÜNDƏM
10.05.2026, 11:12
"Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun "X" sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.
"Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm", - İlham Əliyev bildirib.
Qeyd edək ki, R. Fitso sözügedən paylaşımında mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən Azərbaycan Prezidentinin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəkləyib.
"Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaq və başqalarının işinə qarışmaq əvəzinə, ilk növbədə, Avropanın öz problemləri ilə məşğul olmalı olduğunu bildirərək həqiqəti deyib", - Slovakiyanın Baş naziri qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) tənqid edib.
"Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir", - İlham ƏLiyev AŞPA barədə deyib.
Prezident həmçininAvropa Parlamentinin sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olduğunu deyib: "İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, "Avropa Siyasi Birliyi"nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə ilə İraq arasında beş müqavilə imzalanıb
Bugün, 23:10 DÜNYA
-
Məhkəmə idarəni 32 min manat cərimələyib - Qanunsuz işdən çıxarılanlara görə
Bugün, 23:06 CƏMİYYƏT
-
İraq Türkiyəyə hər gün bir milyon barel neft tədarük edəcək
Bugün, 22:39 İQTİSADİYYAT
-
Xəzərdə daha bir nəfər boğulub
Bugün, 22:38 GÜNDƏM
-
Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda - VİDEO
Bugün, 22:20 CƏMİYYƏT
-
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Bugün, 21:58 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələyə yüksəldi (YENİLƏNİB)
Bugün, 20:55 İDMAN
-
Bakıda ermənilərin məhkəməsi: "Apellyasiya şikayətlərində irəli sürülən dəlillər təsdiqini tapmayıb" - Harutyunyan, Qukasyan, İşxanyan...
Bugün, 19:15 GÜNDƏM
-
Gömrük Komitəsinin keçmiş sədrinin bacanağına cinayət işi açıldı - DETALLAR
Bugün, 18:58 GÜNDƏM
-
Türkiyədə Zəngəzur dəhlizi ilə bağlı monoqrafiya nəşr olunub
Bugün, 18:58 SİYASƏT
-
Agentlik 689 min manatlıq geyim alır
Bugün, 18:24 İQTİSADİYYAT
-
900 min avroya alınan futbolçu 15 milyon avroya satıldı - Türk klubu daha bir çek-pot qazandı
Bugün, 18:02 İDMAN
-
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - Nələr müzakirə edilib?
Bugün, 17:45 SİYASƏT
-
I və IV ixtisas qrupları üzrə imtahanın nəticələri açıqlandı - Ən yüksək bal toplayanlar kimlərdir?
Bugün, 17:25 GÜNDƏM
-
Məşhur futbolçu küçədə qarət olunub - 5 silahlı şəxs tərəfindən
Bugün, 17:22 İDMAN
-
İsrail Quran yayımlayan radionu bağlayıb
Bugün, 17:06 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib
Bugün, 16:54 DÜNYA
-
Bloger Ceyran botoksdan sonra iflic olub? - "Boğuluram, qolumu aça bilmirəm"
Bugün, 16:51 ŞOU-BİZNES
-
Müəllimi güllələyən şagirdə belə hökm verildi
Bugün, 16:36 KRİMİNAL
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Bugün, 16:28 GÜNDƏM
-
Elşad Xose xəstəxanaya yerləşdirilib -VİDEO + Açıqlamalar (Yenilənib)
Bugün, 16:06 MƏDƏNİYYƏT
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubileyinə sözardı... (FOTOLAR)
Bugün, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
Bugün, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifədən azad olundu
Bugün, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
Bugün, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
Bugün, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
Bugün, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklik edildi
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
Bugün, 13:52 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Bugün, 13:36 GÜNDƏM
-
"Kurtlar Vadisi pusu"dan tanınan aktrisa elə etiraf etdi ki... - "20 sonra uşaqlıq sevgilimi tapdım və..."
Bugün, 13:19 ŞOU-BİZNES
-
Həbsdən çıxdı, sosial mediada aktivləşdi - Maniken mafiya lideri ərindən film çəkdirir
Bugün, 13:09 ŞOU-BİZNES
-
Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat: tutulanlar var
Bugün, 12:58 DÜNYA