QURBANOVUN BÖYÜK BİZNESƏ AÇILAN YOLU: maşın alveri, klublarla alış-veriş və...
İDMAN
09.05.2026, 16:23
Azərbaycan futbolunun ən tanınan siması Qurban Qurbanov uzun illərdir təkcə meydandakı nəticələri ilə deyil, şəxsi nüfuzu, qazancı və biznes fəaliyyəti ilə diqqət mərkəzindədir.
Mia.az “Yeni Sabah”a istinadla xəbər verir ki, “Qarabağ"ın uğurlarının memarı kimi tanınan təcrübəli mütəxəssis son illərdə əsas işindən kənarda ciddi kommersiya şəbəkəsi formalaşdırmağa başlayıb.
Son olaraq ona məxsus “BMV Box” adlı mağazanın açılması Qurbanovun biznes fəaliyyətinin miqyasını yenidən müzakirəyə çıxarıb.
Yeni mağazada BMW markalı avtomobillər üçün aksesuar və ehtiyat hissələrinin satışı həyata keçiriləcək.
Açılış mərasimində “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, Qurbanovun köməkçisi Elçin Rəhmanov və sabiq dünya çempionu Hacı Əliyev kimi tanınmış simaların iştirakı edib.
Bu nəyi göstərir?
Birmənalı olaraq Qurban Qurbanov artıq yalnız futbol adamı deyil, həm də iş dünyasında tanınma istəyindədir.
Əslində, onun biznes fəaliyyəti yeni deyil. Bir müddət əvvəl məlum olmuşdu ki, Qurban Qurbanov idman geyimləri sektoruna da daxil olub. Ona məxsus şirkət “Adidas”, “Joma” və “Jako” kimi məşhur idman brendlərinin Azərbaycandakı rəsmi distribütorlarından biri kimi fəaliyyət göstərməyə başlayıb.
Şirkət artıq yerli futbol klubları ilə əməkdaşlıq edir. “Zirə”, “Turan Tovuz” və “Şəfa” klublarının forma və idman dəstlərini məhz Qurbanovun şirkətindən sifariş etdiyi bildirilir.
Mediada müzakirə doğuran məqamlardan biri isə “Şəfa” klubuna edilən jest olmuşdu. “Jako” formalarının çatdırılması gecikdiyi üçün şirkət müvəqqəti olaraq anbarda olan “Adidas” formalarını kluba təqdim etmişdi.
Məhz bu məqam Qurban Qurbanovun biznes modelində münasibətlərə və reputasiyaya xüsusi önəm verməsi kimi qiymətləndirilmişdi.
Qurban Qurbanovun maddi imkanları ilə bağlı rəqəmlər də illərdir ictimai maraq doğurur. Açıq mənbələrdə yer alan məlumatlara görə, o, “Qarabağ”dakı fəaliyyətinə görə aylıq təxminən 50 min avro maaş alır. Bu, illik hesabla 1 milyon manatdan çox gəlir deməkdir və Azərbaycan reallığında bu məbləğ kifayət qədər yüksək göstərici sayılır.
Maraqlıdır ki, milyonluq müqavilələrin sahibi olan Qurbanov özü dəfələrlə kasıb dövrlərini yada salıb. Baş məşqçi müsahibələrinin birində ilk qazancından danışarkən belə demişdi: “17 yaşım vardı, səhv etmirəmsə, bəlkə də 16. 70 manat maaş almışdım. Zaqatala bazarında evə 40 manatlıq bazarlıq etmişdim”.
Bu sitat onun ictimai obrazında xüsusi yer tutur. Böyük gəlirlərinə baxmayaraq, mediada onun dəbdəbəli həyat nümayiş etdirməməsi də tez-tez vurğulanır.
Qurban Qurbanov haqqında danışılan ən çox müzakirə olunan məsələlərdən biri isə onun AFFA ilə bağlı qərarıdır. Milli komandadan ayrıldığı dönəmdə ona, müqaviləyə əsasən, 2 milyon manat təzminat ödənilməli idi. AFFA rəhbərliyi həmin məbləği verməyə hazır olduğu bildirilsə də, Qurban Qurbanov bu vəsaitdən imtina etmişdi. Çoxları bunu onun prinsipial mövqeyi kimi qiymətləndirmişdi.
Bu gün Qurban Qurbanovun fəaliyyəti artıq yalnız məşqçiliklə məhdudlaşmır. Futbol akademiyalarından idman geyimlərinə, avtomobil aksesuarlarından biznes əlaqələrinə qədər uzanan geniş bir fəaliyyət dairəsi formalaşır.
Bu arada Mia.az onu da xatırladır ki, Qurban Qurbanov tək futbol və ya biznesi ilə diqqəti çəkməyib. O, oğlu Musa və böyük qızı Zəhranın toy mərasimləri ilə də gündəmdə qalıb.
Bui ara saytlarda onun qız övladının “Neolit” restoranındakı toyunda ikinci həyat yoldaşı ilə qatılması diqqətdən yayınmamışdı.
Yeri gəlmişkən, Qurbanovun oğlu Musa “Qoç Ət” restoranlar şəbəkəsinin sahibi, əslən Laçından olan iş adamı və xeyriyyəçi Sənan Təhməzovun qızıyla ailə qurub. Həm onun, həm də qızının toyu xüsusi dizayn və bahalı bəzək və geyimlərlə, o cümlədən cənab Qurbanovun ikinci xanımının adının hallanmasıyla diqqətdən qaçmayıb.
Həmin vaxtı baş məşqçinin ikinci arvadı ilə bağlı mediada tirajlanan xəbərlər böyük maraq oyatsa da, qısa zamanda bu xəbərlər "yoxa çıxarıldı". Niyə o xəbərlər silindi? Bax, məsələnin maraqlı tərəflərindən biri də budur...
Həmin məlumatlarda qeyd edilirdi iki, toyda stilist Jalə Əsədzadənin təqdimatında Könül adlı xanım Qurbanovun uşaqlarının anası kimi təqdim olunub....
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabahın hava proqnozu açıqlanıb
Bugün, 17:08 CƏMİYYƏT
-
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
Bugün, 17:06 SİYASƏT
-
Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb
Bugün, 17:02 CƏMİYYƏT
-
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var - FOTO
25.07.2026, 20:16 GÜNDƏM
-
Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: "Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir" - VİDEO
25.07.2026, 19:05 MƏDƏNİYYƏT
-
Gürcüstanda zəlzələ olub
25.07.2026, 18:28 GÜNDƏM
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - AÇIQLAMA + VİDEO
25.07.2026, 17:34 CƏMİYYƏT
-
SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR
25.07.2026, 17:03 PRESS
-
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
25.07.2026, 16:57 DÜNYA
-
Bakı-Tbilisi qatarı yarıyolda qalıb -SƏBƏB
25.07.2026, 16:20 CƏMİYYƏT
-
Prezident Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədrini təltif etdi - SƏRƏNCAM
25.07.2026, 14:03 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
25.07.2026, 12:56 CƏMİYYƏT
-
“Aqrarkredit”lə bağlı qalmaqal: kimlər həbs edildi?
25.07.2026, 11:27 İQTİSADİYYAT
-
Jurnalistin övladı Böyük Britaniyanın qabaqcıl universitetində oxuyacaq - Dövlət hesabına...
25.07.2026, 10:46 CƏMİYYƏT
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
25.07.2026, 10:34 CƏMİYYƏT
-
Amerikalı ekspert Naxçıvanda: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə..." - MÜSAHİBƏ
25.07.2026, 09:19 SİYASƏT
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
25.07.2026, 09:07 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.07.2026, 20:34 GÜNDƏM
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
24.07.2026, 20:24 PRESS
-
Mansur Yavaş kimi seçəcək? – “Onun bizə dəstəyi ilk gündən bəllidir”
24.07.2026, 19:50 SİYASƏT
-
Maliyyə İdarəsinin sabiq rəisi Regional Turizm İdarəsinə müdir təyin olundu
24.07.2026, 19:07 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi + FOTOLAR
24.07.2026, 18:55 GÜNDƏM
-
Livakoviç "Fənərbaxça"dan gedir
24.07.2026, 18:46 İDMAN
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin avqust ayı üzrə qəbul günləri + CƏDVƏL
24.07.2026, 18:10 GÜNDƏM
-
Vaxtı ötmüş içkilər...- FOTOLAR
24.07.2026, 17:57 İQTİSADİYYAT
-
TÜRKİYƏNİN YENİ SİYASİ TƏŞKİLATI: Özgür Özəl 91 deputatla partiyasını elan etdi (YENİLƏNİB)
24.07.2026, 17:50 GÜNDƏM
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
24.07.2026, 17:36 CƏMİYYƏT
-
Milli Məclis bəyanat yaydı - "ABŞ Konqresi..."
24.07.2026, 17:25 SİYASƏT
-
Deputat etiraz edən şəxsə təpik atdı, ortalıq qarışdı – FOTOLAR
24.07.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
24.07.2026, 17:02 İQTİSADİYYAT
-
Əhəd Abıyev Əli İnsanovu yumruqlayıb? - Sabiq icra başçısı barədə sensasion iddialar yayıldı
24.07.2026, 16:58 SİYASƏT
-
AAYDA-da daha 10 Yol İdarəsi ləğv olundu, direktorları işsiz qaldı - Yeni sədr Agentliyi "təmizləyir"
24.07.2026, 16:40 CƏMİYYƏT
-
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib
24.07.2026, 16:23 CƏMİYYƏT
-
Cənubi Koreyalı iş adamı keçmiş arvadına fantastik pul ödəyəcək - 644 milyon dollar
24.07.2026, 16:14 ŞOU-BİZNES