Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqləyib

GÜNDƏM

Bugün, 16:47

Prezident İlham Əliyev bu gün Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişikliyi imzalayıb.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Məcəlləyə dəyişikliyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna dəyişikliklərə görə isə əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.

Belə ki, "Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR