Qumral Musayeva: “Biədəb nə etmişik ki, efirlərə çağırılmırıq?"

Qumral Musayeva: “Biədəb nə etmişik ki, efirlərə çağırılmırıq?\"

ŞOU-BİZNES

Bugün, 17:47

"Efir üçün darıxırıq. Efirsiz müğənnini təsəvvür etmək yaxşı bir şey deyil...”.

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında müğənni Qumral Musayeva efirlərə çağırılmaması ilə bağlı qadağanın hələ də davam etdirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bunu edən qərəzli formada siyahını qurub: “Siyahı əsasında çağırılmırıq. Çünki dünən çıxanlar televiziyada var, amma biz yoxuq. İllərdir, efirlərdəyik, bəs bu gün nə üçün yoxuq? Nəyə istinadən yoxuq?  Bir aparıcı hansısa sualı veribsə, hansısa rubrikanı edibsə, müğənni də onu təkrarlayıb, o icazəni alıb edibsə, burada biz müğənnilərin günahı yoxdur. Nə etmişiksə, aparıcının istəyi ilə olub. Bu gün də nəyin icazəsi varsa geyim, söz, mahnı və s. etməyə hazırıq. Hansı çərçivələr varsa, qayda-qanunla biz də onu edəcəyik. Amma bu o demək deyil ki, efirlərə çağırılmamalıyıq.  Pis çıxmasın, “biədəb” nə etmişik ki?! Mən öz adıma deyirəm, bəlkə başqaları edib, ancaq mən etməmişəm”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR