Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
GÜNDƏM
Bugün, 17:15
İnzibati Xətalar Məcəlləsinə "İCMAL" informasiya sistemi ilə bağlı dəyişiklik, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına, uşaqlara qarşı zorakılıq və dilənçilik hallarına, o cümlədən süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimələrin əlavə edilməsi təsdiqlənib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı məcəlləyə edilmiş müvafiq dəyişikliyi imzalayıb.
Sənədə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edir.
"İCMAL" altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edir.
Həmçinin, layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur.
Qanuna əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir.
Bundan başqa, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməyəcək.
İnzibati Xətalar Məcəlləsinə bir neçə yeni maddə əlavə olunub.
Sənədə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq.
Bundan başqa, dəyişikliyə əsasən, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq.
Məcəlləyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.
Həmçinin əlavə edilən yeni 388-3-cü maddəyə əsasən, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma, yəni foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyі, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayan şəxslər 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində mühüm dəyişikliklər edilib. Həmin maddədə dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq 400 manatdan 8000 manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində" müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.
Sənədə əsasən, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Bundan başqa, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunan 3-cü bəndə əsasən, müvafiq əməli ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
Qanunda edilən digər dəyişiklik dilənçiliklə məşğul olma əməlinin artıq avaralıq hesab edilməməsi və Məcəlləyə ayrıca "Dilənçiliklə məşğul olma" adlı 523-1-ci maddənin əlavə edilməsindən ibarətdir.
Maddədə qeyd edilir ki, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Həmçinin "Xüsusi icra məmurları haqqında" qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə 1500 manat məbləğində cərimə ediləcək.
Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş nişan geyim forması və xüsusi müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında üç iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Novxanıda qətl törədilib
Bugün, 18:03 KRİMİNAL
-
Türkiyədə MSK-yə yeni sədr seçildi
Bugün, 17:49 DÜNYA
-
Qumral Musayeva: “Biədəb nə etmişik ki, efirlərə çağırılmırıq?"
Bugün, 17:47 ŞOU-BİZNES
-
Almaniyada faşist qruplara qarşı əməliyyat: Polis 50 evə basqın edib
Bugün, 17:33 DÜNYA
-
6 il sonra səhnəyə hazırlaşan müğənni… Cəmi 40 dəqiqəyə bütün biletlər satıldı, "qara bazar"da qiymət 3 min manatı keçdi
Bugün, 17:26 ŞOU-BİZNES
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 17:15 GÜNDƏM
-
Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi - "Vəziyyəti ağırdır" - Ceyhun Bayramov sabiq nazirə zəng etdi (Yenilənib)
Bugün, 17:05 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
“Axios” ABŞ-la İrana arasında anlaşmanın an məsələsi olduğunu yazır: “Bir səhifəlik müqavilə hazırlanıb”
Bugün, 16:57 GÜNDƏM
-
İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqləndi - DETALLAR
Bugün, 16:47 GÜNDƏM
-
Süni intellektlə qanunsuz materialların hazırlanması, yayılması... - Yeni cəzalar təsdiqləndi
Bugün, 16:42 GÜNDƏM
-
Prezident İlham Əliyev təsdiqlədi - "Yol hərəkəti haqqında" qanun dəyişdi
Bugün, 16:34 GÜNDƏM
-
"Bavariya" və "İnter” “Qalatasaray”ın qolkiperini istəyir – İstanbul klubu isə…
Bugün, 16:26 İDMAN
-
"Sumqayıt" klub prezidenti cəzalandırılıb
Bugün, 16:09 İDMAN
-
GENERALIN OĞLU VƏZİFƏDƏN ÇIXARILDI - Yeni sədrdən daha bir dəyişiklik
Bugün, 16:03 CƏMİYYƏT
-
Trampdan Tehrana açıq xəbərdarlıq: “Əgər şərtləri qəbul edərsə…”
Bugün, 15:56 GÜNDƏM
-
Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı - QƏRAR
Bugün, 15:43 GÜNDƏM
-
Yeni rektor kollektivə təqdim olundu - FOTOLAR
Bugün, 15:38 GÜNDƏM
-
Şimali Koreya Konstitusiyasında dəyişiklik – Kim Çen Ina mütləq səlahiyyət verilib
Bugün, 15:20 DÜNYA
-
Kaya Kallasın Bakı səfəri... - TƏHLİL
Bugün, 15:14 SİYASƏT
-
"Halbuki ikisi də türk mənşəlidir" - Siyavuş Novruzov
Bugün, 15:08 CƏMİYYƏT
-
Naxçıvanda Tiktok-da əxlaqsızlığı təbliğ edənlər saxlanıldı
Bugün, 15:01 PRESS
-
İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medal təqdim edilib
Bugün, 14:50 İQTİSADİYYAT
-
Harada "Norm" sementi varsa... - Beton bərkimir, çəki az, qiymət baha, qablaşdırma keyfiyyətsizdir
Bugün, 14:31 İQTİSADİYYAT
-
Azərbaycan Beynəlxalq Bankının vəzifəli şəxsi qadın müştəriyə "sataşıb"? - Telefon zəngi, şam yeməyinə dəvət və...
Bugün, 14:25 KRİMİNAL
-
Çin və İran XİN başçıları bir araya gəldi: “Sizin nüvə haqqınız var”
Bugün, 14:12 DÜNYA
-
Bakıda həbsxanada qətl: məhkum kamera yoldaşını öldürdü
Bugün, 14:03 KRİMİNAL
-
Gənc Qazilər Birliyinin sədrinə hökm oxundu - 2il 6 ay
Bugün, 13:38 SİYASƏT
-
Mərkəzi Bankdan “Bakıkart”la bağlı iddialara reaksiya: "Əsassız vəsait çıxılıbsa… "
Bugün, 13:28 İQTİSADİYYAT
-
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, daha sonra... - QALMAQAL
Bugün, 13:24 İQTİSADİYYAT
-
Erməni spiker: "Azərbaycana səfər etməyə hazıram"
Bugün, 13:19 SİYASƏT
-
Mərkəzi Bank sədrindən “Yelo Bank”a qoyulan sanksiya ilə bağlı açıqlama: "Ödənişlərdə hansısa çətinliklər ola bilər"
Bugün, 13:14 İQTİSADİYYAT
-
Xalq artisti Arif Babayevin qardaşı oğlu yeni vəzifəyə təyin olundu
Bugün, 12:57 MƏDƏNİYYƏT
-
"Yüksəliş"in altıncı mövsümü: imtahan nəticələri açıqlandı
Bugün, 12:54 GÜNDƏM