"Sumqayıt" klub prezidenti cəzalandırılıb

\"Sumqayıt\" klub prezidenti cəzalandırılıb

İDMAN

Bugün, 16:09

AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10 min manat cərimələyib.

Mia.az xəbər verir ki, buna "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

Qarşılaşma bitdikdən sonra "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. O, ikisi şərti olmaqla 5 oyunluq cəza ilə üzləşib. "Kimyaçılar"a buna görə 5 min manat cərimə tətbiq edilib.

Komandanın baş məşqçisi Saşa İliç də sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. O, növbəti 2 görüşdə texniki zonada yer almayacaq və klub buna görə 5 min manat ziyana düşüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR