Harada "Norm" sementi varsa... - Beton bərkimir, çəki az, qiymət baha, qablaşdırma keyfiyyətsizdir
İQTİSADİYYAT
06.05.2026, 14:31
Azərbaycanın inşaat materialları bazarında aparıcı mövqeyə malik olan "Norm" sement zavodunun fəaliyyəti daim ictimaiyyətin və aidiyyəti şəxslərin diqqət mərkəzindədir. Yazın gəlişi ilə inşaat mövsümünün başlaması diqqətin artmasına səbəb olub.
Mia.az AFN-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə və şəxsi söhbətlərdə məhz inşaat mövsümünün başlaması ərəfəsinə təsadüf edən qiymət artımları və keyfiyyətə dair iradlar səslənməkdədir.
İnşaat sektorunda fəaliyyət göstərən həmsöhbətimiz bildirir ki, yanvar ayında 7.60 – 8.00 AZN civarında olan "Norm 300" (B Klass) məhsulu aprel ayında 8.20 AZN-ə, "Norm 500" (C Klass) markalı sement isə 8.60 AZN-dən 9.00 AZN-ə qədər bahalaşıb. Fərdi tikinti ilə məşğul olan istifadəçilər bu artımı "süni bahalaşma" və "mövsümi manipulyasiya" kimi xarakterizə edirlər. İstehlakçıların əsas tənqidi ondan ibarətdir ki, xammal yerli resurslar (daş və klinker) hesabına təmin olunmasına baxmayaraq, qiymətlər mütəmadi olaraq xarici amillər bəhanə gətirilməklə artırılır.
İstifadəçilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini bazarda mümkün "kartel sövdələşmələri"ni araşdırmağa çağırırlar. Şikayətçiləri dinləyərkən, "Norm"un yalnız qiyməti ilə bağlı deyil, həm də texniki göstəriciləri ilə bağlı narazılıqların olduğu üzə çıxır. Belə ki, bazar iştirakçıları arasında bu istiqamətdə də etiraz edənlər var. Bəzi partiyalarda sementin "gec donması" və bərkimə prosesindən sonra səthdə yaranan çatlarla bağlı şikayətlər yer alır.
İddialara görə, kağız üzərindəki marka göstəriciləri (M-400 və ya M-500) ilə real tətbiqdəki möhkəmlik göstəriciləri arasında uyğunsuzluqlar müşahidə olunur. Bu da tikintidə keyfiyyət fərqinə səbəb olur.
"Nəticədə bizim işimiz etibarsızlaşır, müştərilərimizlə üz-göz oluruq" - deyə inşaatçı həmsöhbətimiz bildirir. Şikayətlər bununla da bitmir. Ustalar regional satış nöqtələrində və distribütor şəbəkəsindən də narazıdırlar. Onların ən çox şikayətçi olduğu məqam kisələrin çəkisi ilə bağlıdır. Bəzi istifadəçilər sement kisələrinin tam 50 kq olmadığını, daşınma zamanı qablaşdırmanın tez cırıldığını bildirirlər: "Adətən bir işi 0-dan götürür tam hazır təhvil veririk. Bu o deməkdir ki, bir çox hallarda məhsulların alınmasını, daşınmasını biz həyata keçiririk. Bu tip qablaşdırma problemləri bizim üçün həm maddi itki, həm də iş prosesinin ləngiməsi deməkdir. Yenə burada da müştərilərlə problem yaşayırıq. Bəzən bir daşıma zamanı bir neçə kisə cırılır və sement itkiyə gedir. Eyni zamanda da bizə əlavə xərc yaranır". Səsləndirilən bu ciddi iddialarla bağlı "Norm" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığımız sorğuya rəsmi cavab verilib.
Şirkətdən qiymət artımı ilə bağlı bildirilib ki, qeyd olunan sement markaları Avropa standartına uyğun istehsal edilir və bazara Klass B, Klass A400, Klass C500 kimi təqdim olunur: "Məhsullarımızın qiymətləri bir sıra daxili və xarici amillərinin təsiri ilə formalaşır. Bu amillər arasında inflyasiya, xammal və enerji resurslarının dəyərinin dəyişməsi, logistika və daşınma xərcləri, eləcə də istehsalat prosesində tələb olunan texniki və əməliyyat xərcləri mühüm rol oynayır. Şirkətimizin qiymət siyasəti sərbəst bazar prinsiplərinə əsaslanaraq müəyyən edilir. Burada bazardakı tələb və təklif nisbəti əsas meyar kimi çıxış edir. Eyni zamanda qiymətlər, mövcud bazar şəraiti və xərclərdə baş verən dəyişikliklər nəzərə alınmaqla tənzimlənir. Keyfiyyətli məhsulun istehlakçılara davamlı şəkildə təchiz edilməsi üçün istehsal və logistika sahələrində ardıcıl investisiyaların həyata keçirilməsi zəruridir. Bu isə qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. Şirkətimizdə satış prosesi tam şəffaf şəkildə təşkil olunmuşdur." İstifadəçilərin çəki ilə bağlı narazılığına cavab olaraq zavoddan verilən cavabda qeyd olunur ki, qablaşdırma prosesində Almaniya şirkətinin müasir elektron tərəziləri istifadə olunur: "Norm" sement zavodunun qablaşdırıcı qurğuları bu sahədə dünya liderlərindən biri olan Haver&Boecker (Almaniya) şirkətinindir. Elektron tərəzilərlə təchiz edilmiş bu qurğular kisələrin düzgün və dəqiq çəkisini təmin edir. Çəkisi tələblərə cavab verməyən kisə avtomatik olaraq xətdən çıxarılır. Kisələrin üzərində məhsulun dəqiq çəkisi və ±2% məlumatı qeyd olunur. Kisələr bu sahədə ən peşəkar qlobal təchizatçılardan təmin edilir və ISO və EN standartlarının tələblərinə cavab verir". Sementin bərkimə müddəti və çatlarla bağlı şikayətlərə gəldikdə isə "Norm"dan istehsalın robot texnologiyaları və fasiləsiz laboratoriya nəzarəti altında olduğu bildirilir: "Zavodumuzda istehsal zamanı məhsulların keyfiyyət göstəricilərinə daim nəzarət edilir və istehsal prosesində avtomatik nümunələr götürülür. Bunun üçün robot texnologiyalarından istifadə edilir və keyfiyyətə nəzarət prosesi fasiləsiz olaraq yerinə yetirilir. Laboratoriyada sementin AZS və EN standartlarına uyğunluğu üzrə fiziki-mexaniki sınaqlar aparılır və bu imkanlar təsadüfi səhvlərə yol verilməməsinə, dəqiq nəticələrin əldə edilməsinə və yüksək keyfiyyətli məhsul istehsalına zəmanət verir. Bununla yanaşı, "Norm" şirkətinin satış strategiyasına uyğun olaraq, müştərilərə satışdan əvvəl və sonra texniki dəstək göstərilir. Bu çərçivədə sementin keyfiyyəti ilə bağlı bizə hər hansı müraciət daxil olursa, texniki dəstək şöbəmiz tərəfindən yerində nümunələr götürülür və müştəriyə, yaxud ustaya nəticələr, tövsiyələr, eləcə də müvafiq dəstək təqdim edilir. Məlumat üçün qeyd edək ki, çatların yaranması hər zaman məhsulun keyfiyyəti ilə əlaqəli olmaya da bilər. Burada hava şəraiti, məhlulda digər məhsulların istifadəsi, tətbiq zamanı qaydalara riayət olunması da əhəmiyyətlidir. Məsələn, küləkli havalar betonda çata yaxud soyuq havalar betonda bərkimənin gecikməsinə səbəb ola bilər. Həmçinin hörgü-suvaq məhlulunun hazırlanması zamanı qum-sement nisbətinə düzgün riayət edilməzsə, eləcə də tətbiqdən sonrakı suvağa qulluq işləri düzgün aparılmazsa, problemlər yarana bilər. İstifadə olunan təbii qumun keyfiyyəti (əsasən, narınlığı və çirkliliyi) də nəticəyə ikiqat təsir göstərən amildir. Bütün sadalananlarla yanaşı mart və aprel aylarında həddindən artıq yağışlı günlər müşahidə edildi, istifadəçilər belə havalarda sement kisələrinin düzgün saxlanılmasını təmin edə bilmədikdə və kisələr islandıqda bu faktor da sementin tərkibinə öz mənfi təsirini göstərmiş olur".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Bugün, 17:17 İQTİSADİYYAT
-
Hindistana məxsus gəmi batırıldı: 14 heyət üzvü isə xilas edildi – Rəsmi Dehlidən bəyanat
Bugün, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Mərkəzi Bankın ehtiyatları artıb – Bir həftə içində 6 milyard dollar
Bugün, 16:54 İQTİSADİYYAT
-
Rəsmi Tehran Çin gəmilərinə “yaşıl ışıq” yandırdı - Açıqlama
Bugün, 16:51 DÜNYA
-
Auditorlar Palatasında yeni idarə və şöbələr yaradılıb
Bugün, 16:47 İQTİSADİYYAT
-
Bəzi rayonlarda yağış və qar yağacaq - Xəbərdarlıq
Bugün, 16:19 CƏMİYYƏT
-
Prezident Baxış Babayevi təltif edib - Sərəncam
Bugün, 16:19 GÜNDƏM
-
Dövlət Agentliyi yaradıldı - Prezident fərman imzaladı
Bugün, 16:13 GÜNDƏM
-
Məleykə Abbaszadə: "SAT imtahanlarında saxtakarlıq halları var"
Bugün, 16:04 GÜNDƏM
-
"Mançester Yunayted" Onanaya “yox” dedi və...
Bugün, 15:49 İDMAN
-
AFFA bir neçə klubu cəzalandırıb
Bugün, 15:38 İDMAN
-
Şair Yusif Həsənbəy 93 yaşında vəfat edib
Bugün, 15:31 MƏDƏNİYYƏT
-
Bir qrup aktyora pul ayrıldı: 8500 manatdan 25 minədək - AzTV-dən açıqlama (YENİLƏNİB)
Bugün, 15:24 MƏDƏNİYYƏT
-
“Bilmirəm Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb, Şəfiqə Məmmədova isə..."
Bugün, 15:18 MƏDƏNİYYƏT
-
"K1" servis avtobusu 24/7 rejimində işləyəcək
Bugün, 15:10 CƏMİYYƏT
-
Selçuk İnan: “Yenə eyni ruhla mübarizə aparacağıq”
Bugün, 14:57 İDMAN
-
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı
Bugün, 14:42 İQTİSADİYYAT
-
YENİ ELMİ İNSTİTUTLAR YARADILDI - Qərar verildi
Bugün, 14:42 GÜNDƏM
-
Hakim Akif İsgəndərov təqaüdə göndərilib
Bugün, 14:29 GÜNDƏM
-
Mətbuat katibi vəzifədən getdi
Bugün, 14:15 PRESS
-
Kubada neft və yanacaq tükənib – Nazir SOS Verdi
Bugün, 14:08 DÜNYA
-
ÇİN və ABŞ LİDERLƏRİ İRANIN KİTABINI BAĞLADI: “Hörmüz boğazı açıq qalacaq, İran heç vaxt…”
Bugün, 13:50 GÜNDƏM
-
"Tramp Çini Putindən və İrandan “qoparmağa” çalışır" - ŞƏRH
Bugün, 13:24 SİYASƏT
-
Gürcüstanda ağır qəza: 7 azərbaycanlı hadisə yerində ölüb - FOTO
Bugün, 13:08 KRİMİNAL
-
Onlar Azərbaycana vizasız gələ biləcək
Bugün, 13:03 GÜNDƏM
-
“Qalatasaray” müğənniyə iki mahnı üçün fantastic məbləğ təklif etdi – 1.5 milyon avro
Bugün, 12:52 ŞOU-BİZNES
-
Türkiyədə iyrənc olay: tələbə müəlliminin təcavüzündən bezdi, lüt şəkildə özünü binadan atdı
Bugün, 12:36 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 GÜNDƏM
-
Livanda Pravoslav Kilsəsinin binası partladılıb
Bugün, 12:28 DÜNYA
-
"Neftçi"nin şikayətinə "yox" deyildi
Bugün, 12:19 İDMAN
-
Ədliyyə naziri ən çox şikayət olunan müəssisənin rəisini vəzifədən çıxardı - Əhəd Abdiyevə etimad göstərildi
Bugün, 12:02 GÜNDƏM
-
SHXÇDX-də iki şöbə ləğv olundu, yeni idarə yarandı - Təyinat
Bugün, 11:59 GÜNDƏM
-
Trampın "Dünyada yalnız iki supergüc var" sözü və ya Pekin səfərindən gözləntilər... - TƏHLİL
Bugün, 11:56 SİYASƏT