MƏDƏNİYYƏT NAZİRLİYİNİN MƏDƏNİ CAVABLARI...
YAZARLAR
Bugün, 17:44
Nadir QOCABƏYLİ,
Tərcüməçi-yazar
***
İş üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına etdiyim müraciətə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidən belə bir cavab gəldi:
"Sizin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız 27 fevral 2026-cı il tarixli məktubunuza Mədəniyyət Nazirliyində aidiyyatı üzrə baxılmışdır.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalarda insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə kitabxanalardakı vakant vəzifələrin tutulması müsabiqə əsasında həyata keçirilir.
Nəzərə almağınızı xahiş edirik.
Hörmətlə,
Aparat rəhbərinin müavini - Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov".
Bu cavabı doğrusu, tam başa düşmədim. Məni müsabiqədə iştiraka dəvət edirlər, yoxsa nə?
Odur ki, belə bir cavab yazdım:
"Hörmətli Elçin müəllim, müsabiqədə iştirak etmək istəyirəm. Xahiş edirəm, hara, necə, nə zaman və kimə müraciət etməyi xəbər verəsiniz.
Hörmətlə, Nadir Quliyev."
Bundan sonra belə bir cavab gəldi:
"Salam
Məktubunuzu aldıq."
Doğrusu, bu cavabdan da baş açmadım və telefonuma 2 manat yükləyib, başladım məktubun gəldiyi blankda göstərilən nömrələrə zəng vurmağa.
2 manatlıq balans bitsə də, mənə cavab verən olmadı. Odur ki, gmail ünvanına yenidən yazdım:
"Salam, Elçin müəllim. Məktubumu aldığınıza görə şad oldum. Nazirliyin telefonları ilə əlaqə saxlamaq cəhdlərim alınmır. Çünki ev telefonum yoxdur, mobil telefonda isə uzun növbəni gözləməyə yetəcək vasaitim yoxdur. Xahiş edirəm, mənə aydın cavab yazın. İşə qəbul olunmaq üçün dediyiniz müsabiqələrdə necə iştirak edə bilərəm? Ya da mənə mobil nömrə yazın, Sizə zəng edim. Siz də mənə zəng vura bilərsiniz. 070____________ 9 (nömrəmi yazdım).
Sonra əlavə etdim:
"Elçin müəllim, əgər nazirliyə Sizin qəbulunuza gəlmək lazımdırsa, bunu da edə bilərəm. Sadəcə, xəbər etmədən gəlmək istəmirəm. Xahiş edirəm, mənə konkret cavab yazın. Hörmətlə."
Cavab gəlmədi, odur ki, mən də sözümün davamını Mədəniyət Nazirliyinə yox, bura yazdım.
Ancaq bundan əvvəl "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində olan kitabxanalarda peşəkar insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə həmin müəssisələr üzrə vakant vəzifələrin tutulması üzrə müsabiqə" yazıb İnternetdə axtarış verdim. Belə bir müsabiqənin son dəfə 2022-ci ilin noyabeında keçirilməsi haqda APA-nın verdiyi informasiyadan başqa heç nəyə rast gəlmədim.
Girdim Mədəniyyət Nazirliyinin saytına ki, bəlkə, orada nəsə ola. Ancaq saytda da bu barədə heç nə görmədim.
Bura yazmaqda əsas məqsədim odur ki, məlumatlı yoldaşlar həmin müsabiqələrin izini tapmaqda mənə kömək etsinlər. Haradan və necə tapa bilərəm?
İkincisi, bu cür müsabiqələrdə iştirak edib, bal toplayaraq işə düzəlmək nə dərəcədə realdır? İmtahanlar və müsabiqələr nə dərəcədə obyektiv keçirilir? Yaş məhdudiyyəti varmı?
Mən sonuncu dəfə Misir Mərdanovun vaxtında müəllim işləmək üçün imtahanda iştirak etmiş, 25 sualdan 23-nə düzgün cavab vermişəm. Səhv sayılan iki cavabla bağlı sualların düzgün tərtib olunmamasıyla bağlı şikayət etmiş, sualların yazılı surətini tələb etmişəm. Amma verməyiblər. Görəsən, vəziyyət yenə həminki kimidir? Düzəlib, yoxsa daha pisdir?
Üçüncüsü də, həm PA, həm də MN rəhbərliyinin məmurların vətəndaşlarlarla necə saymazyana davranıldığından xəbərləri olsun deyə. Mənə maraqlıdır, bu cür adamlar müsabiqələrdən necə keçiblər?
Axı niyə Mədəniyyət Nazirliyinin mənə məktub ünvanlayan müvafiq şöbəsi suallıarıma normal cavab vermir? O adamlar ümumiyyətlə orada niyə oturublar? Vətəndaşlara qeyri-müəyyən, azdırıcı, çaşdırıcı cavablar yazmaq üçün? Müsahibə zamanı onlara belə məsləhətlər veriblər?
Vallah, mən heç kəslə pis olmaq istəmirəm, özünüz məcbur edirsiniz...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BƏƏ açıqladı: “İrandan ölkəmizə 4 raket atıldı…”
Bugün, 19:51 GÜNDƏM
-
İtaliyanın Baş naziri Azərbaycanda - Prezidentlə görüş oldu + VİDEO, FOTOLAR
Bugün, 19:35 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı - MƏTN
Bugün, 19:19 SİYASƏT
-
"Neftçi" klubunun şikayəti rədd edildi
Bugün, 18:36 İDMAN
-
Prezident İlham Əliyev bu görüntünü paylaşdı - VİDEO
Bugün, 18:15 GÜNDƏM
-
"İstilik enerjisindən istifadə Qaydaları" təsdiqlənib
Bugün, 17:49 CƏMİYYƏT
-
MƏDƏNİYYƏT NAZİRLİYİNİN MƏDƏNİ CAVABLARI...
Bugün, 17:44 YAZARLAR
-
Saleh Məmmədovla bağlı yeni qalmaqal – “Bakı”nın 3 məşhuru ölkədən niyə getdi?
Bugün, 17:39 İDMAN
-
Nazirlikdən əhaliyə - Xəbərdarlıq
Bugün, 17:39 GÜNDƏM
-
İlham Əliyev İrəvandakı "Avropa Siyasi Birliyi"nin sammitinə qatıldı: mühüm mesajlar verildi + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:20 GÜNDƏM
-
İlham Əliyevin İrəvan mesajı: Yeni reallığın elanı və ya Böyük Güclərin rəqabəti (TƏHLİL)
Bugün, 17:03 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq - SİYAHI
Bugün, 16:59 CƏMİYYƏT
-
AMEA ləğv olunur? - Açıqlama
Bugün, 16:43 CƏMİYYƏT
-
Kursant ehtiyatsızlıqdan ölüb
Bugün, 16:32 GÜNDƏM
-
Prezident İlham Əliyev fərmanı imzaladı
Bugün, 16:18 GÜNDƏM
-
Sabahdan bəzi rayonlarda hava dəyişəcək - Xəbərdarlıq
Bugün, 16:09 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
Bugün, 16:08 GÜNDƏM
-
Aİ ABŞ-ın yeni tariflərinə etiraz elədi: "Variantlarımız var, nəzərdən keçirəcəyik”
Bugün, 16:00 İQTİSADİYYAT
-
Bakı Şəhər İcra Hakimiyyətində elmi-praktik konfrans keçirilib - FOTOLAR
Bugün, 15:51 CƏMİYYƏT
-
“Space”ə baş direktor təyinatı oldu
Bugün, 15:30 PRESS
-
BU İXTİSAS LƏĞV OLUNDU: "Tələbə qəbulu aparılmayacaq" - DİM açıqlama yaydı
Bugün, 15:17 CƏMİYYƏT
-
İşçilər əlavə işlədilir, ancaq maaş... - "Bakı Metropoliteni"ndə narazılıq böyüyür
Bugün, 15:08 CƏMİYYƏT
-
İRƏVANDA AVROPA SİYASİ BİRLİYİNİN SAMMİTİ - Əliyev və Paşinyandan sülh mesajları...
Bugün, 14:54 SİYASƏT
-
TƏBİB-in yeni sədri özünə yeni müşavirlər götürdü - Onlar kimdir? + FOTO
Bugün, 14:47 GÜNDƏM
-
Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - Azərbaycandan keçməklə...
Bugün, 14:44 GÜNDƏM
-
İran ABŞ-a məxsus iki gəmiyə zərbə endirib - "Boğaza girmələrinin qarşısı alındı”
Bugün, 14:36 GÜNDƏM
-
SEPAH: “Hörmüz boğazında qadağamızı pozan gəmilər vurulacaq”
Bugün, 14:15 DÜNYA
-
"Günah kişilərin eqoist analarındadır” - Müğənni Ayan + VİDEO
Bugün, 14:13 ŞOU-BİZNES
-
Nazpəri Dostəliyeva: "Onların məzarına gedəndə deyirəm ki, baxın..."
Bugün, 14:04 ŞOU-BİZNES
-
Vüqar Məmmədovun məhkəmə prosesi başlayıb
Bugün, 13:55 PRESS
-
Bakıda əməliyyat: üç nəfər belə saxlanıldı - VİDEO
Bugün, 13:29 KRİMİNAL
-
Avroviziya yarışması: etirazlar artıb
Bugün, 13:21 MƏDƏNİYYƏT
-
Taliban rejimi daha bir qadağa qoydu – Bu dəfə maşınlara
Bugün, 13:09 DÜNYA