İlham Əliyev İrəvandakı "Avropa Siyasi Birliyi"nin sammitinə qatıldı: mühüm mesajlar verildi + VİDEO, FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
04.05.2026, 17:20
Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Sabahınız xeyir və Bakıdan salamlar. Əvvəlcə mən "Avropa Siyasi Birliyi"nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya təşəkkürümü bildirmək istəyirəm.
Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən "Avropa Siyasi Birliyi"nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.
Sülh sahəsində digər nailiyyət bağlantılardır. "Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu" Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.
Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyduq. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.
İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, "Avropa Siyasi Birliyi"nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.
Yekun olaraq mən Baş nazir Paşinyanı "Avropa Siyasi Birliyi"nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir. Mən Zirvə görüşünə uğurlar arzu edirəm. Sağ olun.
***
Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edərək, indi Azərbaycanla sülhə nail olunduğunu, artıq iki ildir heç bir tərəfdə tələfat olmadığını və bu dövrün müstəqilliyimizdən bəri yaşadığımız misilsiz illər olduğunu bildirib.
Qeyd edib ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. Ermənistanın Baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirib ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın "Avropa Siyasi Birliyi"nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Bildirib ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə çıxışına mühüm mesajla başlayıb. "Biz Ermənistana və Azərbaycana yalnız sülh - dayanıqlı, hərtərəfli, uzunmüddətli sülh arzulayırıq. Biz bunu, Baş nazir, sizə, Prezident Əliyevə və hər iki ölkənin xalqlarına arzulayırıq", - deyə o xüsusi vurğulayıb.
Kanadanın Baş naziri Mark Karni də Ermənistan ilə Azərbaycan arasında sülh istiqamətində əldə olunmuş tərəqqiyə görə təbriklərə qoşulduğunu bəyan etdi və Prezident İlham Əliyevi salamlayıb.
***
Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib
Dövlət başçısı deyib ki, Azərbaycan "Avropa Siyasi Birliyi"nin 8-ci sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir: "Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır. Avropa Siyasi Birliyi" sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim".
Onun sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır: "Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir"
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini tənqid edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.
Mia.az xəbər verir ki, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.
Xatırladaq ki, "Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Liviyanın paytaxtında etirazlar böyüyür: Yük maşınları ilə dövlət qurumlarının qarşısı kəsildi - FOTOLAR
Bugün, 00:09 DÜNYA
-
İtaliya millisində yenidən Mançini dönəmi başladı
Bugün, 00:08 İDMAN
-
"Məni dəyənəklə döysələr belə..." - Bələdiyyə sədrləri CHP-dən istefa verdilər
Bugün, 00:01 SİYASƏT
-
Müavinlər müşavir təyin edildi - "Xalq Bank"da İH üzvlərinin sayı ixtisara salındı
28.07.2026, 23:27 İQTİSADİYYAT
-
Türkiyə ilə İraq arasında beş müqavilə imzalanıb
28.07.2026, 23:10 DÜNYA
-
Məhkəmə idarəni 32 min manat cərimələyib - Qanunsuz işdən çıxarılanlara görə
28.07.2026, 23:06 CƏMİYYƏT
-
İraq Türkiyəyə hər gün bir milyon barel neft tədarük edəcək
28.07.2026, 22:39 İQTİSADİYYAT
-
Xəzərdə daha bir nəfər boğulub
28.07.2026, 22:38 GÜNDƏM
-
Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda - VİDEO
28.07.2026, 22:20 CƏMİYYƏT
-
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
28.07.2026, 21:58 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələyə yüksəldi (YENİLƏNİB)
28.07.2026, 20:55 İDMAN
-
Bakıda ermənilərin məhkəməsi: "Apellyasiya şikayətlərində irəli sürülən dəlillər təsdiqini tapmayıb" - Harutyunyan, Qukasyan, İşxanyan...
28.07.2026, 19:15 GÜNDƏM
-
Gömrük Komitəsinin keçmiş sədrinin bacanağına cinayət işi açıldı - DETALLAR
28.07.2026, 18:58 GÜNDƏM
-
Türkiyədə Zəngəzur dəhlizi ilə bağlı monoqrafiya nəşr olunub
28.07.2026, 18:58 SİYASƏT
-
Agentlik 689 min manatlıq geyim alır
28.07.2026, 18:24 İQTİSADİYYAT
-
900 min avroya alınan futbolçu 15 milyon avroya satıldı - Türk klubu daha bir çek-pot qazandı
28.07.2026, 18:02 İDMAN
-
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - Nələr müzakirə edilib?
28.07.2026, 17:45 SİYASƏT
-
I və IV ixtisas qrupları üzrə imtahanın nəticələri açıqlandı - Ən yüksək bal toplayanlar kimlərdir?
28.07.2026, 17:25 GÜNDƏM
-
Məşhur futbolçu küçədə qarət olunub - 5 silahlı şəxs tərəfindən
28.07.2026, 17:22 İDMAN
-
İsrail Quran yayımlayan radionu bağlayıb
28.07.2026, 17:06 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
28.07.2026, 17:00 İQTİSADİYYAT
-
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib
28.07.2026, 16:54 DÜNYA
-
Bloger Ceyran botoksdan sonra iflic olub? - "Boğuluram, qolumu aça bilmirəm"
28.07.2026, 16:51 ŞOU-BİZNES
-
Müəllimi güllələyən şagirdə belə hökm verildi
28.07.2026, 16:36 KRİMİNAL
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
28.07.2026, 16:28 GÜNDƏM
-
Elşad Xose xəstəxanaya yerləşdirilib -VİDEO + Açıqlamalar (Yenilənib)
28.07.2026, 16:06 MƏDƏNİYYƏT
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubileyinə sözardı... (FOTOLAR)
28.07.2026, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
28.07.2026, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifədən azad olundu
28.07.2026, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
28.07.2026, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
28.07.2026, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
28.07.2026, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklik edildi
28.07.2026, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
28.07.2026, 13:52 GÜNDƏM