Aleks Ferqyusonun səhhəti pisləşdi – Məşhur məşqçi xəstəxanaya yerləşdirildi  

Aleks Ferqyusonun səhhəti pisləşdi – Məşhur məşqçi xəstəxanaya  yerləşdirildi  

İDMAN

Bugün, 00:01

Məşhur şotlandiyalı menecer Aleks Ferqyuson İngiltərə Premyer Liqasının 35-ci turunda keçirilən "Mançester Yunayted" - "Liverpul" matçından əvvəl xəstəxanaya yerləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matç üçün stadiona getməyə hazırlaşan Ferqyuson özünü çox pis hiss edib.

Məlumata görə, 84 yaşlı mütəxəssisin həyatına təhlükə yoxdur: “Ancaq həkimlər onun bir gün xəstəxanada qalmasına qərar verib”.

Xatırladaq ki, 27 il "Mançester" komandasını baş məşçqçisi olan Ferqyuson adətən klubun oyunlarını stadionda klub direktorunun kabinəsindən canlı izləyir.

Onu da bildirək ki, Ferqyuson 2018-ci ildə beyin qanaması keçirib. O, uzun müddət reanimasiyada müalicə alıb.

Yeri gəlmişkən, "Mançestet Yunayted" bu matçda "Liverpul" qalib gəlib - 3:2.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR