TRAMP PUTİNLƏ 1.5 SAATLIQ GÖRÜŞDƏN DANIŞDI: “Ukrayna məğlub olub” -  "Rusiya İranın nüvə silahına sahib olmasını istəmir"

TRAMP PUTİNLƏ 1.5 SAATLIQ GÖRÜŞDƏN DANIŞDI: “Ukrayna məğlub olub” -  \"Rusiya İranın nüvə silahına sahib olmasını istəmir\"

GÜNDƏM

30.04.2026, 00:13

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə 1.5 saatdan çox çəkən məhsuldar görüş keçirdiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Vladimir Putinlə çox yaxşı müzakirə apardıqlarını deyib.

Tramp bildirib ki, Putinlə uzun telefon danışığında Rusiya-Ukrayna müharibəsindən tutmuş İran və Yaxın Şərqdəki digər münaqişə ocaqlarına qədər çox şeyləri müzakirə ediblər: "Çox uzun söhbətimiz oldu. Hesab edirəm, tezliklə bir həll yolu tapacağıq, bu, yaxşı haldır. Ukrayna hərbi cəhətdən məğlub olub. Bunu saxta xəbər mediasını oxumaqla bilmək olmaz".

Tramp daha sonra qeyd edib ki, Rusiya prezidenti Ukraynadakı müharibənin sona çatması prosesinə diqqət yetirməyi təklif edib: “Ukrayna müharibəsi ilə bağlı Putinə qısamüddətli atəşkəs təklif etdim. Düşünürəm ki, o, bunu qəbul edəcək. O, bu barədə açıqlama verə bilər. Bəlkə də bu dəqiqə verir…”

Tramp daha sonra iddia edib ki, Putinlə telefon danışığı zamanı ABŞ-İran gərginliyini də müzakirə edib: “Putin İranın nüvə silahına sahib olmasını istəmir. Bəlkə də Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran müharibəsi eyni vaxtda bitəcək"

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR