Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni isə “mümkündür” deyir
CƏMİYYƏT
Bugün, 14:01
Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı, QHT rəhbəri Sahib Məmmədov metronun “Nizami” stansiyasının yaxınlığında “B-5” stansiyasının tikilməsi layihəsini “ağılsızlıq” adlandırıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək stansiyanın uğursuz olacağını deyib.
“Bu sadəcə ağılsızlıqdır. “28 May - Nizami” xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonasıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir”, - deyə S.Məmmədov fikirlərini əsaslandırmağa çalışıb.
Bakı Metropolitenindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, ərazidə tunel və stansiya qazıntısının təhlükəsiz aparılması mümkündür: “2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı Metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək. Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır. Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.
Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axınının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı, bu keçid “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.
Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq, layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib. Bu xüsusda “Nizami - 28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.
Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib.
“B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın milli pulu “yerlə sürünür” – Dollar elə səviyyəyə qalxdı ki…
Bugün, 16:26 İQTİSADİYYAT
-
Deputatdan etiraz: "1000 manat borca görə ölkədən çıxışa qadağaya nə ehtiyac var?”
Bugün, 16:21 SİYASƏT
-
“Temu”dan gətirilən məhsulların yoxlanışı niyə gecikir? - Gömrük rəhbəri iddialara belə cavab verdi
Bugün, 16:16 İQTİSADİYYAT
-
Flora Kərimova: "Başım gicəlləndi, yerə yıxıldım"
Bugün, 16:10 MƏDƏNİYYƏT
-
Müğənni: "Qonşu həmişə bizdən şikayət edir"
Bugün, 15:46 ŞOU-BİZNES
-
Kürün üstündəki ödənişli körpü dağıldı - VİDEO
Bugün, 15:42 CƏMİYYƏT
-
OPEC və OPEC+ dağılır? - TƏHLİL
Bugün, 15:33 İQTİSADİYYAT
-
Sabiq rəis və sektor müdirinin məhkəməsi davam edir
Bugün, 15:27 KRİMİNAL
-
AFFA iki klubu cərimələyib
Bugün, 15:08 İDMAN
-
YEZNƏ, ƏMİOĞLU, XALAOĞLU... - AAYDA-nın sabiq sədrinin qohumları "vuruldu", Agentlik yenidən təşkil edilir? (YENİLƏNİB)
Bugün, 14:59 GÜNDƏM
-
May ayında hava necə olacaq? - Proqnoz
Bugün, 14:59 GÜNDƏM
-
Azərbaycan və Maldiv adaları arasında vizasız rejim tətbiq olunub
Bugün, 14:57 GÜNDƏM
-
İsrail Livana yenə zərbələr endirib
Bugün, 14:38 DÜNYA
-
Onların baqajları gömrükdə yoxlanılmayacaq - Yeni qanun qəbul edilir
Bugün, 14:25 İQTİSADİYYAT
-
Sahil Babayev Aparat rəhbəri təyin edib - O, kimdir? + FOTO
Bugün, 14:13 GÜNDƏM
-
Ağdərəyə növbəti köç olub
Bugün, 14:12 GÜNDƏM
-
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni isə “mümkündür” deyir
Bugün, 14:01 CƏMİYYƏT
-
Meyxanaçı Elşən Xəzərdən qızı barədə xəbərə reaksiya: "Çətindirmi zəng etmək?"
Bugün, 13:47 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov ilə Koreya XİN başçısı telefonda danışdı - Müzakirə
Bugün, 13:34 SİYASƏT
-
SAYSIZ TƏYİNATLAR, DƏYİŞMƏYƏN MÜHİT, ARTMAYAN MAAŞ VƏ ƏLƏ ALINAN MEDİA... - ADY-da növbəti dəyişiklik aparılıb
Bugün, 13:14 CƏMİYYƏT
-
ABŞ prezidenti İranın başsız qaldığını deyir: "İşləri bir türlü yoluna qoyammırlar” – “Bizimlə kim müqavilə imzalayacaq?”
Bugün, 12:58 GÜNDƏM
-
“Aysun uşaqdır..." - "Bakıda məclislərə yarım saata 4000 manata gedirik"
Bugün, 12:43 ŞOU-BİZNES
-
PUTİN İRAN-ABŞ SAVAŞINA GÜC QOYUR - Gərginlik yeni mərhələyə keçir (TƏHLİL)
Bugün, 12:39 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
Vahid Ələkbərovun sahib olduğu, deputatın ərinin isə sədr olduğu “Yelo Bank”... - Və ya 48 milyondan artıq vəsait hardadır?
Bugün, 12:26 İQTİSADİYYAT
-
Qarabağa növbəti köç olub
Bugün, 12:14 GÜNDƏM
-
Avstraliyada təyyarə qəzaya uğradı – Hava limanı bağlandı
Bugün, 12:08 DÜNYA
-
Sahibkarlar Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Bugün, 12:02 GÜNDƏM
-
Stadion üzərindən qırıcı və helikopter uçuran general vəzifədən çıxarıldı
Bugün, 11:49 DÜNYA
-
Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir
Bugün, 11:46 CƏMİYYƏT
-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
Bugün, 11:36 GÜNDƏM
-
Xətaidə hamam otağında faciə: 19 yaşlı gənc öldü, qadın isə...
Bugün, 11:32 KRİMİNAL
-
Keçmiş baş redaktor mətbuat katibi təyin olunub
Bugün, 11:17 PRESS
-
Kral Çarlz Trampa tarixi "ayar" verdi: "Biz olmasaydıq, indi siz fransızca danışardınız"
Bugün, 11:12 GÜNDƏM