"Fənərbaxça"nın braziliyalı futbolçusu: "Heç nədən və heç kimdən qaçmıram”

\"Fənərbaxça\"nın braziliyalı futbolçusu: \"Heç nədən və heç kimdən qaçmıram”

İDMAN

Bugün, 00:24

Son turda “Qalatasaray”la oyunda penaltini qaçırdığına görə hələ də “topa tutulan” "Fənərbaxça"nın braziliyalı futbolçusu Anderson Taliska açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,32 yaşlı hücumçu məsuliyyətinin fərqində olduğunu etiraf edib: "Penalti vuran mənəm. Məsuliyyət mənimdir. Belə anlarda əsl komanda yoldaşlarınızın kim olduğunu görürsən. Heç kim mənə penalti vurmağı demədi. Bu məsuliyyəti öz üzərimə götürdüm, çünki bu, mənim işimdir. Əgər derbidə qol vursaydım, əvvəllər bir çox matçda olduğu kimi, ən yaxşı olacaqdım. Olmadı. Futbolda belə hallar həmişə baş verir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma mən necə oyunçu olduğumu bilirəm. Buna görə də bu formanı geyinirəm. Müxtəlif mövqelərdə oynayıram, bunu qürurla edirəm. Mənim yalnız bir məqsədim var, klubun çempion olmasına kömək etmək. Heç nədən və heç kimdən qaçmıram”.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR