Ukraynanın oğurlanan taxılları… - Aİ-dən İsrailə məktub göndərildi, 3-cü ölkələr hədələndi

Ukraynanın oğurlanan taxılları… - Aİ-dən İsrailə məktub göndərildi, 3-cü ölkələr hədələndi  

İQTİSADİYYAT

Bugün, 15:57

“Ukraynadan oğurlanmış min tonlarla taxıla görə üçüncü ölkələrə sanksiyalar tətbiq ediləcək”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə sözçüsü Anuar Əl-Anuni açıqlama verib.

Onun sözlərinə görə,Rusiya tərəfindən Ukraynadan oğurlanan taxıl dolu gəminin İsraildəolmasından xəbərdardırlar: “Aİ Rusiyaya təcavüzkar müharibəsinə son qoyması üçün təzyiqə davam edir. Ukraynanın əvvəllər bu məsələ ilə bağlı İsrail hakimiyyəti ilə əlaqə saxlamasına baxmayaraq, oğurlanmış Ukrayna taxılını daşıyan Rusiyanın "kölgə donanması" həmin taxıllar İsrailin Hayfa limanına boşaldılıb. Əlbəttə, bu, qəbuledilməzdir. Bununla bağlı israil hökumətinə rəsmi məktub göndərilib. Lazım gələrsə, bu cür fəaliyyətləri bloklamaq məqsədiylə o taxılların oğrulanmasına göz yuman ölkələrdən tutmuş, onu alan üçüncü ölkələrədək hər kəsə sanksiya tətbiq edəcəyik. Artıq bu barədə İsrail Xarici İşlər Nazirliyi də məlumatlandırılıb”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR