Tramp komandaslını yoplayır – İranla bağlı qərar veriləcək

Tramp komandaslını yoplayır – İranla bağlı qərar veriləcək  

GÜNDƏM

Bugün, 00:14

ABŞ Prezidenti Tramp İranla danışıqların gedişatını və gedişatla bağlı qərar vermək məqsədiylə bu gün komandasınındakı müvafiq şəxsləri toplayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Livitt açıqlama verib.

O, Ağ Evdə keçirilən brifinqdə bildirib ki, müzakirədə konkret nələrin müzakirə ediləcəyi barədə detalları paylaşmayacaq: “Yalnız onu deyə bilərəm ki, Prezident İranla bağlı qırmızı xəttin təkcə Amerika xalqına deyil, hər kəsə aaydın olduğunu dəfələrlə təkrarlayıb. Hesaab edirəm ki, ABŞ-ın mövqeyi dəyişməyəcək. İran nüvə ölkəsi olmayacaq. Bu, dəqiqdir…”

Sözçü Pentaqonun Hörmüz boğazında minatəmizləmə əməliyyatına hazırlaşdığını sözlərinə əlavə edib: “Yəqin ki, bu gün Ağ Evdə İngiltərə kralı III Çarlzı qəbul edəcək ABŞ prezidenti Tramp bu və ya digər məsələlərə özü aydınlıq gətirəcək”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR