Hakan Çalhanoğlu DÇ-2026-ya gedə biləcəkmi?

Hakan Çalhanoğlu DÇ-2026-ya gedə biləcəkmi?  

İDMAN

Bugün, 18:03

İtaliyanın "İnter" komandasında oynayan Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunun iyun ayında başlayacaq dünya çempionatında iştirakı şübhə altına düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, son tur oyununda zədələnərək, mövsümü indidən qapadıb.

Məlumata əsasən, onun zədəsi ciddidir və bu, bir neçə ay davam edəcək: “Bu isə o deməkdir ki, Hakan Çalhanoğlu iyunda keçiriləcək DÇ-2026-ya qatılmaya bilər”

Xatırladaq ki, 32 yaşlı futbolçu bu mövsüm "İnter"də 30 oyun keçirib, 12 qol atıb, 7 məhsuldar ötürmə verib.

Onu da bildərək ki, DŞ-2026-ı 11 iyunda Meksikada başlayacaq və 19 iyulda ABŞ-da keçiriləcək finalla başa çatacaq.

Turnirdə 48 komanda mübarizə aparacaq.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR