Barat Yusubovla Vüqar Qurbanovun tibb imperiyası... - Şok siyahı
CƏMİYYƏT
27.04.2026, 11:03
Azərbaycan səhiyyə sistemində son illərdə baş verən dəyişikliklər, idarəetmə strukturlarının yenilənməsi və paralel olaraq özəl sektorun genişlənməsi bir sıra yeni fiqurların ön plana çıxmasına səbəb olub. Bu fiqurlardan biri də uzun müddət Yeni Klinikanın baş direktoru olmuş Barat Yusibov hesab olunur.
Onun fəaliyyəti və ətrafında formalaşan şəbəkə isə ictimai müzakirələrin predmetinə çevrilməkdədir. Bu müzakirələrdə adı tez-tez çəkilən digər şəxs isə TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanovdur.
Azmedia.Az xəbər verir ki, müxtəlif mənbələrdə və sosial platformalarda yayılan iddialara görə, Barat Yusibov və Vüqar Qurbanov uzun illər ərzində səhiyyə sektorunda paralel biznes və təsir mexanizmi qurublar. Bu imperiya çoxisiqamətli və çoxqütblü sahələri əhatə edir.
Özəl tibbi müəssisələrin yaradılması və idarə olunması, tibbi avadanlıq və dərman idxalı sahəsində fəaliyyət, regionlarda invaziv kardiologiya və digər ixtisaslaşmış xidmətlərin təşkili, dövlət xəstəxanalarında laboratoriya və xidmət sahələrinin qurulması və ən əsası isə dövlət resurslarından şəxsi istifadəçilik və s. Bu fəaliyyətlərin bir hissəsinin rəsmi biznes çərçivəsində, digər hissəsinin isə mübahisəli yollarla həyata keçirildiyi barədə də məlumatlar var.
Müzakirələrdə adı hallanan strukturlar və layihələr aşağıdakılardır:
EGE Hospital, HP Güvən, “Olimp” Hospital, BMED ortopedik avadanlıqlar şirkəti, İnvasiv kardiologiya üzrə fəaliyyət göstərən qurumlar, dərman idxalı ilə məşğul olan şirkətlər, region xəstəxanalarında yaradıldığı deyilən kardiologiya mərkəzləri (Şirvan, Şəki və s.), dövlət xəstəxanalarında laboratoriya xidmətləri, lisensiyasız özəl laboratoriya xidmətləri və s. Siyahını xeyli böyütmək də olar. Eyni zamanda, Bakının müxtəlif ünvanlarında sənədləşməsi mübahisə doğuran tibbi obyektlərin fəaliyyəti ilə bağlı da məlumatlar gündəmə gətirilir.
Əgər bu fəaliyyətlər sırf özəl sektor çərçivəsində və şəffaf sahibkarlıq prinsipləri ilə həyata keçirilibsə, bu, bazar iqtisadiyyatının normal elementi hesab oluna bilər. Lakin ağırlıq nöqtəsi başqa yerdədir. Dövlət strukturlarında vəzifə tutan şəxslərlə biznes maraqlarının kəsişməsi, dövlət resurslarından mümkün istifadə ehtimalları, tender və layihələrin bölüşdürülməsi ilə bağlı suallar və s.
Bu isə artıq “biznes fəaliyyəti”ndən çıxaraq “maraq toqquşması” və idarəetmə etikası müstəvisinə keçir. Bəzi platformalarda Barat Yusibovla bağlı daha ciddi və həssas xarakterli iddialar da səsləndirilir. Bu iddialar onun xarici əlaqələri və müəyyən dini-siyasi şəbəkələrlə münasibətləri ilə bağlıdır. Beləki o, FETO-çuların aktivlərindən hesab edilir və ən azı 10 dəfə Amerikaya gedərək Fətullah Gülənlə görüşdüyü deyilir. Hətta hazırda oğlunun məhz FETO-çuların dəstəyi ilə Amerikada təhsil aldığı deyilir.
Yazıda adı çəkilən tərəflərin mövqelərini yayımlamağa hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.//xebersiz
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mustafa Məhəmməd yenidən Türkiyə liqasına gəlir
Bugün, 14:11 İDMAN
-
Elşad Xose evə buraxılıb
Bugün, 13:57 CƏMİYYƏT
-
81 yaşlı deputatdan evlənmə xəbərinə reaksiya: "Nə Gülnarə Şıxəliyevadan boşanmışam, nə də üçüncü dəfə ailə..." (YENİLƏNİB)
Bugün, 13:49 SİYASƏT
-
Deputat Kəmaləddin Qafarovun “Azəri Med”lə əlaqəsi və ya 3 ildə 150 milyon manatdan çox iri satınalma müqavilələri...
Bugün, 13:21 İQTİSADİYYAT
-
ERMƏNİSTANIN DAHA BİR KEÇMİŞ PREZİDENTİ İSTİNTAQA CƏLB EDİLDİ (Yenilənib)
Bugün, 13:13 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:54 CƏMİYYƏT
-
Türkiyənin daha bir şəhərində zəlzələ oldu - 4.1 bal gücündə
Bugün, 12:54 GÜNDƏM
-
Bu universitetdə prorektor vəzifəsi ləğv edildi - Müşavir təyinatı
Bugün, 12:33 CƏMİYYƏT
-
"Qalatasaray"ın ulduzu "Yeraltı"nın baş rol ifaçısının adını itinə qoydu - Keçmiş sevgilisinə replika, yoxsa... (FOTO)
Bugün, 12:24 ŞOU-BİZNES
-
Müğənni Könül Kərimovanın adının hallandığı qalmaqal - Məhkəmə prosesi
Bugün, 12:24 MƏDƏNİYYƏT
-
Pakistanda xəstəxana yanıb: 15 körpə ölüb
Bugün, 12:19 DÜNYA
-
Sabiq nazir: "Sonralar bizi də Maliyyə Nazirliyindən gəlib yoxladılar, dedilər ki, siz səhv edirsiz"
Bugün, 12:04 CƏMİYYƏT
-
Deputatdan Eldar Əzizovun açıqlamasına reakisya: “Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?”
Bugün, 11:56 SİYASƏT
-
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO
Bugün, 11:45 KRİMİNAL
-
Laçın şəhərində "İkinci həyat" sərgisi açılıb
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
MÜDAFİƏ NAZİRİ SƏRHƏDƏ GƏLDİ, TÜRKİYƏ VƏ SURİYANI TƏHDİD ETDİ: "Bu vəziyyətə laqeyd qalmayacağıq və..."
Bugün, 11:00 SİYASƏT
-
"Belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur" - Prezident "Sabah"ı təbrik etdi
Bugün, 10:54 GÜNDƏM
-
“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayət edir
Bugün, 10:48 CƏMİYYƏT
-
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 10:48 CƏMİYYƏT
-
“Tamstore”nin saxta reklamı: mağazalara axışan alıcılar aldadılıb - VİDEOLAR
Bugün, 10:30 İQTİSADİYYAT
-
Ərdoğandan yeni mesajlar: "Heç bir güc Türkiyənin kursunu və sərhədlərini müəyyən edə bilməz"
Bugün, 10:10 SİYASƏT
-
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bugün, 10:01 GÜNDƏM
-
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı
Bugün, 09:59 İQTİSADİYYAT
-
Bakıda yanğın: ölən var
Bugün, 09:56 CƏMİYYƏT
-
"Beşiktaş" Jean Onana ilə yollarını ayırdı - AÇIQLAMA
Bugün, 09:43 İDMAN
-
"Leypsiq" Kristofer Nkunkunu icarəyə götürdü
Bugün, 09:28 İDMAN
-
Akademiyada heyrətamiz təyinatlar: prorektorların yeni müşavirlərinə nə qədər maaş ödənilir?
Bugün, 09:07 CƏMİYYƏT
-
"Mançester Yunayted" Karlos Balebanı aldı - 70 milyon funt sterlinq
Bugün, 09:04 İDMAN
-
YPG/SDG Terror Təşkilatı rəsmən ləğv olundu
Bugün, 00:19 DÜNYA
-
Rektor direktoru yeni vəzifəyə təyin etdi
Bugün, 00:19 CƏMİYYƏT
-
"Beşiktaş" Ernest Pokunu transfer etdi
Bugün, 00:08 İDMAN
-
Türkiyənin bu şəhərində 3 dəqiqə içində 2 zəlzələ olub
25.08.2026, 23:28 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" tarix yazdı - Komandamız əsas mərhələyə vəsiqə qazandı (Yenilənib)
25.08.2026, 23:05 İDMAN
-
Putin Mehriban Əliyevaya məktub göndərdi: "İlham Heydər oğluna və bütün ailə üzvlərinizə..."
25.08.2026, 21:23 GÜNDƏM