Dövlət Su Ehtiyatları Agentliyi Kür çayındakı son vəziyyətlə bağlı açıqlama yayıb
CƏMİYYƏT
27.04.2026, 09:25
Dövlət Su Ehtiyatları Agentliyi Kür çayındakı son vəziyyətlə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, açıqlamada martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunduğu qeyd edilib:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyunda daha artıq su daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 apreldən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, 17 apreldən isə 700 kubmetr su buraxılması qərara alınıb. Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su artəb, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş vermiş, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Agentliyin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Ölkədə su ehtiyatından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 apreldə keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.
24 apreldən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunmuş və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır, əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
Bugün, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
Bugün, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
Bugün, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
Bugün, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
Bugün, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
Bugün, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
Bugün, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
14.08.2026, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
14.08.2026, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
14.08.2026, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
14.08.2026, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
14.08.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
14.08.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14.08.2026, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
14.08.2026, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
14.08.2026, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
14.08.2026, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
14.08.2026, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
14.08.2026, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
14.08.2026, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
14.08.2026, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
14.08.2026, 15:10 DÜNYA
-
Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO
14.08.2026, 14:59 KRİMİNAL
-
SOCAR-ın BORCU: hansı qurumlara nə qədərdir? - Maliyyə hesabatı + SİYAHI
14.08.2026, 14:53 İQTİSADİYYAT