Okan Buruk: "Hələ heç nə bitməyib"

Okan Buruk: \"Hələ heç nə bitməyib\"

DÜNYA

Bugün, 08:26

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça”ya 3-0-lıq qalibiyyətlə bağlı jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu qələbə ilə çempionluğa gedən yolda mühüm bir üstünlük qazandıqlarını xüsusi vurğulayıb:
“Bu, çempionluq üçün çox vacib bir matç idi. Qalib gəldik, 7 xallıq üstünlük əldə etdik. Əvvəldən sona qədər oyuna fiziki və zehni olaraq hakim olduq. Düşünürəm ki, əhəmiyyətli bir üstünlük qazandıq. Oyunçularımı təbrik edirəm. Bu derbidə qalib gəlmək çempionluğa gedən yolda çox vacib idi. Onu da deyim ki, qalan 3 oyunda 4 xal qazansaq, rəqiblərin nəticələrindən asılı olmayaraq çempionluğu qazanacağıq. Hələ heç nə bitməyib. “Samsunspor”a qarşı çox vacib səfər oyunumuz var. Ayaqlarımızı yerə qoyub növbəti matça mümkün olan ən yaxşı şəkildə hazırlaşmalıyıq".
Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR