İXTİSAS SEÇİMİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI - Boş qalan yerlərə nə vaxt qəbul aparılacaq?

İXTİSAS SEÇİMİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI - Boş qalan yerlərə nə vaxt qəbul aparılacaq?

GÜNDƏM

Bugün, 18:35

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, iştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bununla belə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Yaxın günlərdə nəşr olunacaq "Abituriyent" jurnalının 7-ci nömrəsinə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci nömrəsində dərc olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR