ABŞ qonşu ölkəyə əlavə tarif tətbiq elədi, Vitse-prezident isə təhdid yağdırdı: "Biz olmasaq, sizi işğal edərlər"

ABŞ qonşu ölkəyə əlavə tarif tətbiq elədi, Vitse-prezident isə təhdid yağdırdı: \"Biz olmasaq, sizi işğal edərlər\"

GÜNDƏM

25.08.2026, 00:20

"Kanada müdafiəsinə kifayət qədər vəsait xərcləmir. Əgər ABŞ-ın qoruyucu çətiri olmasa, Kanada başqa bir ölkə tərəfindən işğal edilə bilər".  

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

ABŞ-Kanada sərhədindəki Men ştatının Bruer şəhərində çıxış edən Vens bildirib ki, rəsmi Ottavanın müdafiə siyasəti çox bərbad vəziyyətdədir: "Kanada ordusuna çox az vəsait ayırıb. Bu, təcli öz həllin tampalıdır. Kanada həm də NATO üzvü olaraq öhdəliyə əml etməli, ABŞ-ın müdafiə çətiri siyasətinə uyğun addmlar atmalıdır. Biz həm bu, həm də ticarət məsələlərində mütləq razılığa gəlməliyik. Bu barədə Kanada Baş nazirinə aydın və ucadan mesaj göndərməliyik. Yetər artıq, xalqdan və Amerikadan sui-istifadə etməyi dayandırın. Bu, bitdi. Ticarət siyasətimizdə ədalət qarşılıq gözləyirik."

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün  Kanadadan idxal edilən avtomobillərə, yük maşınlarına, avtomobil hissələri və polada tariflər 50 faiz artırıb: "Bu qərar gələn ildən, daha dəqiqi, yanvarın 1-dən qüvvəyə minəcək"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR