Çempionlar Liqası: "Hapoel"in azarkeşləri "Sabah"la oyuna 460 bilet alıb

 Çempionlar Liqası: \"Hapoel\"in azarkeşləri \"Sabah\"la oyuna 460 bilet alıb

GÜNDƏM

Bugün, 15:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq "Hapoel" (Beer-Şeva, İsrail) azarkeşləri 460 bilet əldə edib.

Mia.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat katibi Elnur Həmidov açıqlama verib.

Onun sözlərinə görə, artıq 460 bilet alınıb: "Hələ ki, başqa müraciətlər yoxdur. Amma bu say oyun saatına kimi dəyişə bilər".

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR