ABŞ Putini G20 sammitinə dəvət etməyi planlaşdırır

ABŞ Putini G20 sammitinə dəvət etməyi planlaşdırır

DÜNYA

Bugün, 11:34

ABŞ administrasiyasının Rusiya prezidenti Vladimir Putini dekabr ayında Florida ştatının Mayami şəhərində keçiriləcək G20 Liderlər Zirvəsinə dəvət etməyi planlaşdırdığı deyilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi şəxs hələ rəsmi dəvətnamələrin göndərilmədiyini, lakin Rusiyanın G20 üzvü olduğunu və həm nazirlər səviyyəsində görüşlərə, həm də liderlər sammitinə dəvət olunacağını bildirib.

Bu arada, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Putinin G20 dəvətindən xəbərsiz olduğunu, lakin buna qarşı çıxmayacağını bildirib.

Tramp Putinin sammitdə iştirakının faydalı olacağını vurğulayaraq deyib: "Düşünürəm ki, o, hər kəslə danışmalıdır".

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR