Ermənistanın sabiq prezidenti barədə məhkəmə qərar verdi (YENİLƏNİB)

Ermənistanın sabiq prezidenti barədə məhkəmə qərar verdi (YENİLƏNİB)

GÜNDƏM

27.08.2026, 09:31

İki gün əvvəl oğlu ilə birgə saxlanılan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan üzrə bu gün məhkəmə qərarını açıqlayıb.

Mia.az Ermənistan mediasına istinadla bildirir ki, onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbərdə deyilir ki, sabq prezidentin səhhətini nəzərə alan hakimlər 7 saatlıq iclasdan sonra onun xəstəxanaya etap olunmasına qərar veriblər.

Onun oğlu isə ev dustaqlığına buraxılıb.

***

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan bu gün - avqustin 25-i səhər saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkəninn Antikorrupsiya Komitəsinə istinadla  məlumat yayıb.

Bildirilib ki, Köçəryan və oğlu korrupsiyada ittiham olunurlar.

Məlumata görə, sabiq prezidentə məxsus hazırda bir çox şirkətlərdə yoxlamalar aparılır: "Bununla yanaşı, keşmiş prezidentin ailə üzvlərinə məxsus evlərdə də axtarış gedir".

Xatırladaq ki, Koçaryanın əli Qarabağda minlərlə azərbaycanlının qanına batıb. 

Yeri gəlmişkən, o, iki ay əvvəl Rusiyaya qaçmaq istəsə də, sərhəddən buraxılmamışdı.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR