Uşaqların tərbiyəsi üçün cərimə çıxış yolu deyil - Vahid Tağıyev yazır
YAZARLAR
23.04.2026, 10:21
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Milli Məclisdə qəbul edilən yeni yanaşmaya görə, uşağı “tərbiyə etmək məqsədilə” fiziki təsir göstərən və psixoloji olaraq sıxışdıran valideyn və müəllim 200 manat cərimələnəcək.
Bu müzakirələr cəmiyyət üçün aktual, hər gün müxtəlif fəsadlara səbəb olan və həllini çoxdan gözləyən bir problemin artıq yüksək səviyyədə etirafıdır.
Sual yaranır: Biz problemi həll edirik, yoxsa sadəcə nəticəni cəzalandırırıq?
Bu gün uşağın davranışı yalnız ailədə formalaşmır. Onun dünyası telefon ekranındadır, sosial şəbəkələrdədir, nəzarətsiz informasiya axınındadır. Bunların təsiri altında olan həmyaşıdları ilədir. O, gördüyünü təqlid edir. Bəs bu mühitin qarşısını almadan, bu təsirləri zəiflətmədən yalnız valideyni və müəllimi cərimələməklə nəyi dəyişəcəyik?
Bizim əsrlərlə formalaşmış tərbiyə dəyərlərimiz var: ailə, hörmət, böyüyə ehtiram, məsuliyyət hissi… Bu dəyərlər bu gün sarsılır. Bu artıq təkcə sosial məsələ deyil — milli məsələdir.
Məktəb əvvəlki kimi tərbiyə ocağı ola bilirmi?
Günümüzün reallığı budur ki, məktəbdə tərbiyədən çox ali məktəbə qəbul imtahanı düşünülür. Bu tələbat isə əsasən məktəbdən kənarda repetitorla reallaşdırılır. Şagird şəxsiyyət kimi deyil, testi əzbərləyən və cavablayan kimi formalaşır. Müəllim də, valideyn də bu prosesin içindədir — gərgin, yorğun, bəzən də çıxış yolu axtaran vəziyyətdə...
Belə bir mühitdə problemləri, onların yaranma səbəblərini aradan qaldırmadan, cərimə ilə həll etmək olarmı?
Yeni qərarda qeyd olunduğu kimifiziki zorakılıq məsələsi qəbuledilməzdir - bu, birmənalıdır. Ona qarşı mübarizə də anlaşılandır və icra edilməsi ciddi çətinlik yaratmaya bilər.
Amma tətbiqi daha çətin, təhlükəli olan digər məsələ - psixoloji zorakalıqla bağlıdır. Psixoloji təsirin sərhədləri harada başlayır, harada bitir? Bunun meyarı nədir? Bu yanaşmanın insanlar arasında nə qədər mübahisə yaradacağı nəzərə alınırmı? Bu suallar cavabsız qalırsa, tətbiq edilən cəza necə ədalətli hesab oluna bilər?
Nəticəsini əvvəlcədən hesablamaq daha çətin olan digər məsələ isə bu qərardan sonra uşaqların rəftarı, onların müəllim və valideynlər ilə münasibətləridir. Müşahidə olunan gündəlik neqativ hadisələr fonunda özünü daha toxunulmaz hiss edən uşaqların idarə edilməsi daha da çətin olmayacaqmı?
Yetişməkdə olan nəslin tərbiyəsi cəza ilə qurula bilməz. Valideynin və müəllimin bu şəkildə cəzalandırılması əlavə psixoloji gərginlik və qeyri- sağlam mühit yarada bilər.
Tərbiyə — münasibətlə, nümunə ilə, mühitlə formalaşır.
Valideyni məktəbdən incik salaraq və uzaqlaşdıraraq yox, onu bu prosesə anlayışla cəlb etməklə nəticə əldə etmək olar. Müəllimi ittiham etməklə yox, ona dayaq olmaqla daha sağlam nəticəyə nail olmaq mümkündür.
Unutmayaq:
Bu gün verdiyimiz qərarlar sabah necə bir cəmiyyətə sahib olacağımızı müəyyən edir.
Uşaqlarımızı qorumaq istəyiriksə, əvvəlcə onları formalaşdıran mühiti dəyişməliyik.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tramp İranı hədələdi
Bugün, 15:56 GÜNDƏM
-
Sosial şəbəkələrdə yenilik - Yoxlanış bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək
Bugün, 15:35 GÜNDƏM
-
Hərbçilərimiz Xəzərdə döyüş atışlı təlimdə - FOTOLAR
Bugün, 15:31 GÜNDƏM
-
Ceyhun Bayramov Yaponiya XİN başçısı ilə görüşüb
Bugün, 15:23 SİYASƏT
-
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini keçirib
Bugün, 15:06 PRESS
-
Eynulla Fətullayevin “Ağabala” restoranını da satıb
Bugün, 14:32 PRESS
-
Pakistan Əfqanıstanla sərhəddə terrorçulara zərbə endirib
Bugün, 13:17 SİYASƏT
-
Sabah 33 dərəcə isti olacaq
Bugün, 13:10 CƏMİYYƏT
-
Netanyahu İsraildə növbəti seçkilərdə namizədliyini irəli sürəcək
Bugün, 13:09 DÜNYA
-
9 mindən çox şəxsə əlillik təyin olunub
Bugün, 11:57 CƏMİYYƏT
-
Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır? - Nazir Milli Məclisdə danışdı
Bugün, 11:28 MƏDƏNİYYƏT
-
Xaçmazda eşşəyin dişlədiyi kişi ölüb
Bugün, 11:17 CƏMİYYƏT
-
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
Bugün, 11:05 İQTİSADİYYAT
-
"Daşınmaz əşyanın saxta sənədlər, etibarnamələr..." - Ali Məhkəmə daha bir mübahisə üzrə vahid qərardad qəbul etdi (İZAHAT)
Bugün, 10:49 GÜNDƏM
-
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulur - Açıqlama
Bugün, 10:49 GÜNDƏM
-
Ən sevdiyi sənətçi idi, indi Kılıçdaroğluna “get” deyir: “Gəldiyiniz kimi, gedəcəksiniz"
Bugün, 10:36 SİYASƏT
-
DÇ-2026: yarışa bir gün qaldı – Nələr yaşanır?
Bugün, 10:22 İDMAN
-
Bakıda mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO
Bugün, 10:14 GÜNDƏM
-
"Manşet.az" 5 yaşını qeyd edir
Bugün, 10:06 PRESS
-
Dövlət qurumları üçün xidməti parklanma yerləri - Əli Əsədov qərar verdi + SİYAHI
Bugün, 10:03 GÜNDƏM
-
Nazirlər Kabineti hasilatın pay bölgüsü sazişi barədə qərar verib
Bugün, 10:00 İQTİSADİYYAT
-
"Xırdalan artıq Bombeyi də geridə qoyub!" - Dayanacaqlarda da bina tikilir? (FOTOLAR)
Bugün, 09:41 CƏMİYYƏT
-
Azərbaycan nefti 5 dollar ucuzlaşdı - Qara qızıl neçəyə satılır?
Bugün, 09:36 İQTİSADİYYAT
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 09:27 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu 10 deputatı partiyadan çıxarır - SİYAHI
Bugün, 09:18 DÜNYA
-
"Azəriqaz"ın işçiləri iş başında xəsarət alıblar - Komitə sədri faktın araşdırılmasını istəyir
Bugün, 09:06 CƏMİYYƏT
-
Arazda 17 yaşlı uşaq boğulub
Bugün, 08:59 CƏMİYYƏT
-
ABŞ İranda su anbarlarını vurub
Bugün, 08:51 GÜNDƏM
-
Rəsmi Vaşinqtondan İranla bağlı açıqlama: “Razılaşma aylar çəkəcək”
Bugün, 08:42 GÜNDƏM
-
Gecəyarısı gərginlik böyüdü: ABŞ İrana 4 saat zərbə endirdi, Tehran dərhal iki ölkədəki hədəfləri "qaraladı" - Tramp "Cavab vermək çox vacibdir" dedi
Bugün, 08:26 GÜNDƏM
-
İrandan bir ilk: döyüş təyyarələri havalandı, İraq ərazisi poliqona çevrilir - "Biz başqa "dillər"də də danışmağı bilirik"
Bugün, 00:14 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İran XİN: “MAQATE təzyiq vasitəsi kimi istifadə olunur”
09.06.2026, 21:01 DÜNYA
-
Tramp İranın hücumunu təsdiqlədi - Cavabımız ağır olacaq
09.06.2026, 20:47 GÜNDƏM