MAŞINLARIN SIĞORTA QAYDASI DƏYİŞİR: "bonus-malus" sistemi ləğv edilir, əvəzində... - DETALLAR
İQTİSADİYYAT
21.04.2026, 16:19
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nda dəyişikliklər edib.
Mia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, hazırda qüvvədə olan "bonus-malus" sistemi ləğv edilir, əvəzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq edilir.
Qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0,6 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.
Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşır.
Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən, avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq edilir.
Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisna olmaqla, fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığı tarixdən əvvəlki son bir ay ərzində müvafiq nəqliyyat vasitəsinin sahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmiş bütün şəxslər bu Qaydada nəzərdə tutulmuş sığorta tarixçəsi əmsalının tətbiqi zamanı nəzərə alınır.
Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-ə bərabərdir və həmin əmsala güzəşt və yaxud əlavə tətbiq edilmir.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığortalı hüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə, sığorta tarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsini idarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığorta tarixçəsi əmsalına tətbiq edilir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilk dəfə bağlanarkən, habelə müqavilə bağlamaq istəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupu üzrə baş vermiş və İcbari Sığorta Bürosunun informasiya sistemində qeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1 əmsal müəyyən edilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanması dedikdə, Büronun informasiya sistemində həmin şəxs tərəfindən müvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığorta müqaviləsinin mövcud olmaması nəzərdə tutulur.
Müvafiq qiymətləndirmə qrupu üzrə şəxsin sığorta tarixçəsi əmsalına qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılı olmayaraq aşağıdakı şərtlərin hər biri mövcud olduqda hər dəfə 5 % güzəşt tətbiq edilir:
- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən, fiziki şəxs olduqda özünün, avtonəqliyyat vasitəsini taksi minik avtomobili kimi istifadə edən hüquqi şəxs olduqda isə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi olmadıqda;
- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdən etibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olduqda.
- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxsin təqsiri üzündən baş vermiş və sığorta ödəniş(lər)i həyata keçirilmiş hər bir sığorta hadisəsi ilə bağlı müvafiq qiymətləndirmə qrupu üzrə həmin şəxsin, sığortalı olub-olmamasından asılı olmayaraq, sığorta tarixçəsi əmsalına 30 % əlavə tətbiq edilir. Büronun informasiya sistemində müvafiq qiymətləndirmə qrupu üzrə şəxs tərəfindən bağlanmış icbari sığorta müqaviləsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı 1 əmsal olaraq müəyyən edilməklə 30 % əlavə həmin əmsala tətbiq edilir.
Sığortalı hüquqi şəxs olduqda və avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildikdə sığorta ödənişi həyata keçirilmiş hər bir sığorta hadisəsi üzrə hüquqi şəxsin sığorta tarixçəsi əmsalına 30 % əlavə tətbiq edilir.
fiziki şəxslər, eləcə də avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildiyi hallarda hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı həmin şəxslərin bu dəyişikliklər qüvvəyə minənədək müvafiq Bonus-Malus qrupu üzrə formalaşmış Bonus-Malus əmsalına bərabər tutulur;
Digər hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı 1 əmsalına bərabər tutulur.
0.45, 0.50 və 0.55 "bonus-malus" əmsalı tətbiq edilən "bonus-malus subyektlərinin Bonus əmsalları Qərarda nəzərdə tutulmuş dəyişikliklər qüvvəyə mindikdən sonra həmin subyektlərin sığorta tarixçəsi əmsalı olaraq müəyyən edilsin. Həmin subyektlərin təqsiri üzündən ilk sığorta hadisəsi baş verdikdə və həmin sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildikə onların sığorta tarixçəsi əmsalı 0,60 əmsal olaraq müəyyən edilsin.
Dəyişikliklər 2 aydan sonra qüvvəyə minəcək.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
Bugün, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
Bugün, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
Bugün, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
Bugün, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
Bugün, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
Bugün, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
Bugün, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
Bugün, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
14.08.2026, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
14.08.2026, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
14.08.2026, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
14.08.2026, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
14.08.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
14.08.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14.08.2026, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
14.08.2026, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
14.08.2026, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
14.08.2026, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
14.08.2026, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
14.08.2026, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
14.08.2026, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
14.08.2026, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
14.08.2026, 15:10 DÜNYA