4 ÖLKƏ ABŞ və İRANA SƏSLƏNDİ: “Yalnız bir seçim var…”

4 ÖLKƏ ABŞ və İRANA SƏSLƏNDİ: “Yalnız bir seçim var…”

GÜNDƏM

Bugün, 09:58

Misir xarici işlər naziri Bədr Əbdüləti Türkiyə, Oman və Pakistandan olan həmkarları ilə regional gərginliyi və İran-ABŞ danışıqlarını müzakirə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdüləti açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə, Oman və Pakistandan olan həmkarları ilə bölgədə yaranan durumu müzakirə edib: “Müzakirədə ABŞ-İran danşıqları, regional atəşkəslərlə bağlı fikir mübadiləsi aparılıb. Ortaq rəyimizə görə, diplomatiya və dialoq gərginliyi azaltmaq və davamlı həll yoluna nail olmaq üçün yeganə yoldur.

Yeganə seçim budur. Müharibə nəinki regiona, ümumiyyətlə, dünyaya böyük fəlakətlər gətirəcək. Bununla bağlı Oman xarici işlər naziri Bədr əl-Busaidi, Türkiyə xarici işlər naziri Hakan Fidan və Pakistan xarici işlər naziri İshaq Dar ilə ayrı-ayrılıqda telefon danışıqları aparılıb, hamımızın vahid mövqeyi budur ki, problem masada həllini tapmalıdır. Tərəflər sabah bitəcək atəşkəslə bağlı rasional yanaşma ortaya qoymalıdır”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR