Kreml sözçüsü: “Rusiyanın gücünü görməzdən gəlmək mümkün deyil" - “Əks halda, bu, regionda..."

Kreml sözçüsü: “Rusiyanın gücünü görməzdən gəlmək mümkün deyil\" - “Əks halda, bu, regionda...\"

SİYASƏT

Bugün, 15:00

“Hörmüz boğazındakı vəziyyət son dərəcə kövrək və hər an hər şeyin baş verəcəyi haldadır”

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırıb.

O, ABŞ-ın İran limanlarını bloklaması və bir gəmini vurması ilə yanaşı, İranın Hörmüz boğazını yenidən qapatması barəsə suala cavabda deyi ki, rəsmi Moskva baş verənlərə baxmayaraq, danışıqlar prosesinin davam edəcəyinə və zorakı ssenarinin qarşısının alınacağına ümid edir: “Əks halda, bu, regionda təhlükəsizlik və sabitlik, eləcə də qlobal iqtisadiyyat üçün daha mənfi nəticələr yarada bilər".

Peskov bildirib ki, Rusiya İranla vəziyyətin həlli prosesində vasitəçi deyil, lakin bu məsələdə dəstək verməyə hazırdır.

ABŞ-ın Rusiya neftinə qarşı sanksiya güzəştini uzatmaq qərarına gəldikdə, Peskov bildirib ki, Rusiya qlobal enerji bazarlarında çox mühüm aktordur: “Hazırda neft bazarları çətin bir dövrdən keçir. Buna görə də Rusiyanın istehsal gücünü görməzdən gəlmək mümkün deyil".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR