AzTV-də qalmaqal: Sədrin etibarlı kadrı niyə istefaya məcbur qaldı? - AÇIQLAMA
PRESS
19.04.2026, 22:24
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində produser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib.
Mia.az 32gun.az-a istinadla xəbər verir ki, istefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun təkidli tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb.
V.Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunması göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına külli miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V.Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.
Bildirildiyinə görə, Vüsal Qaraca və Rövşən Məmmədov arasında uzun illərə dayanan münasibət mövcuddur.
Məlumata görə, Vüsal Qaraca Azərbaycan Universitetində tələbə olduğu illərdə, paralel olaraq 'Lider TV'-də çalışan və həmin ali təhsil ocağında müəllimlik fəaliyyəti ilə məşğul olan Rövşən Məmmədovun tələbəsi olub. Məhz müəlliminin köməkliyi ilə V.Qaraca əvvəlcə "Lider TV"-də işə düzəlib. Sonradan Rövşən Məmmədov AzTV-yə sədr təyin olunduqdan sonra özünün "ən yaxşı kadrı" kimi hesab etdiyi V.Qaracanı da kanala dəvət edib. Vüsal Qaraca AzTV-də fəaliyyəti dövründə kanalın "mobil qrup"unun admini və xəbərlər direktorunun müavini kimi məsul vəzifələrdə də çalışıb.
AZTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov 32gun.az-a açıqlamasında V.Qaracanın işdən ayrıldığını təsdiqləyib.
R.Seyidovun sözlərinə görə, həmin şəxs departament rəhbəri vəzifəsində çalışmayıb, digər bir vəzifəni icra edirmiş:
"V.Qaracanın işdən çıxma səbəblərinə gəldikdə isə, bu, qurumumuzun daxili kadr siyasəti və prosedurları ilə bağlıdır. Məxvilik siyasətinə əsasən, bu barədə ətraflı məlumat verə bilmərəm. İşdən ayrılma səbəbləri ilə bağlı məsələni şəxsin özündən dəqiqləşdirməyiniz daha məqsədəuyğundur. Onun işdən ayrılmasının pul məsələləri ilə bağlı olması barədə yayılan iddiaları isə eşitmişəm, lakin bu məlumatı təsdiq və ya təkzib edəcək rəsmi bilgilərə sahib deyiləm, o, sadəcə ərizəsini yazdı və çıxdı getdi".
PS: Adı keçən Vüsal Qaraca ya suallarımızı ünvanlasaq da cavab ala bilməmişik
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zaur İsmayılov bu komandanın baş məşqçisi təyin olundu
Bugün, 10:40 İDMAN
-
Bölgələrdə yağış yağır
Bugün, 10:27 GÜNDƏM
-
“Ana oturub uşağının yanında qəlyan çəkir, bu uşaqın aqibəti necə olacaq?" - İqbal Ağzadə
Bugün, 10:00 SİYASƏT
-
"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Müğənnilər Damla ilə İradə arasında qalmaqal
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Bəhram Bağırzadədən kuryerə gözlənilməz jest: "Sür, get"
Bugün, 00:02 ŞOU-BİZNES
-
Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırılıb
15.08.2026, 23:49 SİYASƏT
-
Ölümcül virusa yoluxan türkiyəli jurnalist vəsiyyətini açıqladı: "Belə öləcəyimi heç vaxt düşünməzdim" - VİDEO
15.08.2026, 19:52 PRESS
-
VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN... - Deputat yazır
15.08.2026, 19:26 YAZARLAR
-
Zakir Həsənovun ən gənc müavini: o, kimdir ki?
15.08.2026, 18:49 CƏMİYYƏT
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
15.08.2026, 18:19 İDMAN
-
Müğənni Pəriyar Məmmədova döyüldü: "Alnım şişib, gözümün altı göyərib"
15.08.2026, 17:44 FOTOQALERİYA
-
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama
15.08.2026, 17:00 GÜNDƏM
-
Deputatın oğlu MİT-ə qəbul olundu
15.08.2026, 16:40 SİYASƏT
-
Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
15.08.2026, 14:15 GÜNDƏM
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
15.08.2026, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
15.08.2026, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
15.08.2026, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
15.08.2026, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
15.08.2026, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
15.08.2026, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
15.08.2026, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
15.08.2026, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
15.08.2026, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
15.08.2026, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15.08.2026, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT