Suriya prezidenti Türkiyədə: “Ərazi bütövlüyümüzü təmin etdik…”

Suriya prezidenti Türkiyədə: “Ərazi bütövlüyümüzü təmin etdik…”

DÜNYA

Bugün, 14:32

Suriya Prezidenti Əhməd Şara 5-ci Antalya Diplomatiya Forumunda maraqlı çıxış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Suriyada ərazi bütövlüyünü tam təmin etdiklərini bildirərək, ölkənin inkilafına nail olduqlarını deyib.

Əhməd Şaranın sözlərinə görə, Suriyanın şimalı bütün xarici hərbçilərdən təmizlənib, kürd qruplaşmalar tamamilə ləğv olunaraq Suriya ordusuna inteqrasiya olunub: "Biz çox yaxşı irəliləyirik. Hazırda ölkədə daxli toqquşmanı zəruri edən heç bir vəziyyət yoxdur. Bütün tərəflər Suriyanın ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir. Biz Suriyanın ərazi bütövlüyünü təmin etdik. Bütün xarici əsgərlər də artıq ölkəmizdən çıxarılıb. Biz Suriyanı yenidən qurduq. Ölkəmizi investisiya imkanlarına uyğunlaşdırmağa can atırıq. Bu, həm enerji sektorunda, həm də ticarət anlaşmaları il daha da irəliyə aparılacaq".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR