Türkiyənin ən varlı adamı bəlli oldu – FOTO

Türkiyənin ən varlı adamı bəlli oldu – FOTO

İQTİSADİYYAT

Bugün, 18:39

“Forbes”in milyarderlər siyahısı yenilənib və yeni siyahıda Türkiyənin ən varlı adamı dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 ildir Türkiyənin birinci milyarderi olan Murat Ülker yenilənmiş siyahıda yerini Şaban Cəmil Kazancıya verməli olub.

“Forbes”in məlumatına əsasən, indi Türkiyənin ən varlı iş adamı 5,3 milyard dollarlıq sərvəti ilə Şaban Cəmil Kazancıdır: “Murat Ülker 5,2 milyard dollarlıq sərvəti ilə siyahında ikinci yerə enib”.

Məlumat üçün qeyd edək ki, Murat Ülker “Yıldız Holdinq”in Direktorlar Şurasının üzvü, Şaban Cəmil Kazancı isə Kazancı Holdinq Direktorlar Şurasının sədridir.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR