“Azərlotereya” çempion axtarır!  

“Azərlotereya” çempion axtarır!  

İQTİSADİYYAT

Bugün, 11:05

Ölkənin lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” yeni “Poz-Qazan” oyunu “Çempion”u təqdim edir.

Çempion” oyununda ən böyük uduş məbləği 25 min manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 3 ədəddir. 10 biletdə 3000, daha 10 biletdə isə 1000 manat qazanmaq şansı var.

Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 2 milyon ədəddir. Onlardan 565 min 523 ədədi uduşludur. Cəmi uduş məbləği isə 4 milyon 20 min manatdır.

Qaydalara gəlincə, müvafiq xanalar pozulduqdan sona hər hansı oyun sırasındakı "Sənin nəticən" "Rəqibin nəticəsi"ndən böyük olarsa, qarşısındakı uduş qazanılır. “ÇARPAN” xanasında isə 2X, 5X,10X simvollarından birini tapdıqda uduş müvafiq olaraq 2, 5 və 10 dəfə artır.

Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. Bir-birindən əyləncəli “Poz-Qazan” oyunlarında 500 min manatadək böyük uduşlar qazana bilərsiniz.

Biletləri “Azərlotereya” satış nöqtələrindən, “Misli” məntəqələrindən, "Azərpoçt" şöbələrindən, “Araz” və OBA marketlər şəbəkəsindən, həmçinin mağaza və köşklərdən əldə etmək mümkündür.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR