İran XİN başçısından ABŞ-ın yeni qərarına reaksiya: “Düşmənçilk düşmənçilk gətirər" - "Dərs çıxarmayıblar"

İran XİN başçısından ABŞ-ın yeni qərarına reaksiya: “Düşmənçilk düşmənçilk gətirər\" - \"Dərs çıxarmayıblar\"

GÜNDƏM

Bugün, 08:37

İranın Xarici İşlər naziri Abbas Araqçi Pakistanda keçirilən İran-ABŞ danışıqlarından sonra Vaşinqtonun  yeni addımını tənqid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ ordusunun İran imanlarını blokadaya almasını, bununla da İrandan çıxacaq və ya ölkəyə gələcək gəmilərin hərəkətinə imkan verilməyəcəyi barədə bəyanatı danışıqlara böyük zərbə sayıb.

Nazir deyib ki, İslamabad görüşünün nəticəsi olaraq anlaşmaya bir neçə addım qalmış ABŞ-ın bu mövqeyi anlaşılmazdır: “İndi də blokada təhlükəsi ilə üz-üzəyik. Görünür, heç bir dərs çıxarılmayıb. Yaxşı niyyət yaxşı niyyət, düşmənçilik düşmənçilik gətirir”.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayaraq,  bu gündən, yəni, 13 aprel Bakı vaxtı ilə saat 18:00-dan İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərın hərəkətinə imkan verilməyəcəyini açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR