Vüqar Rəhimzadə: "Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi"
SİYASƏT
01.04.2026, 17:11
"44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə gedən yolun başlanğıcı kimi dəyərləndirilən Aprel döyüşlərindən 10 il keçir. 2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrində, döyüş bölgəsində yerləşmək məqsədilə təxribatlar törətdilər. Bu məqsədlə Ermənistan silahlı qüvvələrinin birləşmələri mövqelərimizi, keçmiş təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini atəşə tutdular. Təxribatın qarşısını alan Silahlı Qüvvələrimiz düşmənə ağır zərbələr endirdilər. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşləri tariximizə şanlı Zəfər salnaməsi kimi yazıldı. Əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi, xalqımız qələbə sevinci yaşadı.
Bu qələbə bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Ermənilərin illərdir yaratdıqları “güclü Ermənistan ordusu” mifi darmadağın edildi. Dünya bir daha bu reallığa şahid oldu ki, Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla azad etmək qüdrətindədir. Halbuki işğalçı Ermənistanın rəhbərliyi daim belə sərsəm fikirlər səsləndirirdi ki, əgər hərb yolu seçilərsə, məğlubiyyətə uğrayan Azərbaycan Ordusu olacaq. Tarixi Zəfərimizə qədər Silahlı Qüvvələrimiz dəfələrlə gücünü, qüdrətini nümayiş etdirib. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Mia.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. 10 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün böyük döyüş təcrübəsi oldu. Aprel döyüşləri, həmçinin Böyük Qayıdış prosesinin başlanğıcı oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Düşməndən azad olunan bu kənddə quruculuq, abadlıq işlərinə başlanıldı. 23 il doğma yurd həsrətində olan sakinlərin evlərinə qayıtması güclü, qüdrətli Azərbaycanın Ordusunun işğal altında qalan digər torpaqlarımızı da azad edəcəyinə ümidləri artırdı.
Vüqar Rəhimzadə diqqəti 30 ilik işğal dövrünün reallıqlarına yönəldərək vurğulayıb ki, Azərbaycan hər zaman məsələnin sülh danışıqları əsasında nizamlanmasına səy göstərdi. Bununla bərabər ən yüksək tribunalardan bu çağırışı da etdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi şəksizdir. Bu inam və əminlik Azərbaycan Ordusunun gücünə, qüdrətinə söykənirdi. Dövlətimizin siyasətində ordu quruculucu prioritet məsələ kimi öndə dayanır. Ümummilli Lider Heydər Əliyevin “Sülh danışıqlarını cəsrətlə aparmal üçün güclü ordun olmalıdır” çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atıdığı addımlar sırasında hərbi kadrların yetişdirilməsinə xüsusi diqqət göstərmişdir. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bunun bariz nümunəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdə oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmizin iqtisadi imkanlarının artması ordunun maddi-texniki bazasının möhkəmləndirilməsində özünün aydın ifadəsini tapdı. Son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin ordumuzun gücünün, qüdrətinin artırılması istiqamətində həyata keçiridyi tədbirlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın güclü orduları sırasına yüksəltdi. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atıb 30 ilin torpaq həsrətinə son qoyulsa da yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərdə ordumuzun daha da gücləndirilməsinə çağırış diqqətdən kənarda qala bilməz. Hətta nəzər salsaq görərik ki, son illərdə dövlət bücdəsindən ayırmalarda hərbi xərclər azad edilmiş ərazilərimizin bərpasına yönəldilən xərclərdən artıqdır.
Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Məhz Aprel döyüşlərində qazanılan təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü ilin noyabrında Zəfər Günündə Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın gücünün və ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın həyatında mühüm hadisə olan 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra andiçmə mərasimində ordumuzun bu günü və gələcəyi ilə bağlı mühüm çağırışlar səsləndirmişdir. “Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir” söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir: “Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz… Ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”.
Vüqar Rəhimzadə vurğulayıb ki, 10 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoydu. Yeni dövrün əsas hədəflərindən biri təbii ki, bərpa-quruculuq işlərinin miqyasını daha da genişləndirmək, soydaşlarımızın qayıdış ünvanlarının sayını artırmaqdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, artıq 9 şəhər- Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı, Xankəndi və Xocavənd sakinlərinə qovuşub. Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AAYDA-da görünən və ya görünməyən oyunlar - Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı
Bugün, 14:43 GÜNDƏM
-
Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızından açıqlama
Bugün, 14:25 CƏMİYYƏT
-
Mustafa Məhəmməd yenidən Türkiyə liqasına gəlir
Bugün, 14:11 İDMAN
-
Elşad Xose evə buraxılıb
Bugün, 13:57 CƏMİYYƏT
-
81 yaşlı deputatdan evlənmə xəbərinə reaksiya: "Nə Gülnarə Şıxəliyevadan boşanmışam, nə də üçüncü dəfə ailə..." (YENİLƏNİB)
Bugün, 13:49 SİYASƏT
-
Deputat Kəmaləddin Qafarovun “Azəri Med”lə əlaqəsi və ya 3 ildə 150 milyon manatdan çox iri satınalma müqavilələri...
Bugün, 13:21 İQTİSADİYYAT
-
ERMƏNİSTANIN DAHA BİR KEÇMİŞ PREZİDENTİ İSTİNTAQA CƏLB EDİLDİ (Yenilənib)
Bugün, 13:13 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:54 CƏMİYYƏT
-
Türkiyənin daha bir şəhərində zəlzələ oldu - 4.1 bal gücündə
Bugün, 12:54 GÜNDƏM
-
Bu universitetdə prorektor vəzifəsi ləğv edildi - Müşavir təyinatı
Bugün, 12:33 CƏMİYYƏT
-
"Qalatasaray"ın ulduzu "Yeraltı"nın baş rol ifaçısının adını itinə qoydu - Keçmiş sevgilisinə replika, yoxsa... (FOTO)
Bugün, 12:24 ŞOU-BİZNES
-
Müğənni Könül Kərimovanın adının hallandığı qalmaqal - Məhkəmə prosesi
Bugün, 12:24 MƏDƏNİYYƏT
-
Pakistanda xəstəxana yanıb: 15 körpə ölüb
Bugün, 12:19 DÜNYA
-
Sabiq nazir: "Sonralar bizi də Maliyyə Nazirliyindən gəlib yoxladılar, dedilər ki, siz səhv edirsiz"
Bugün, 12:04 CƏMİYYƏT
-
Deputatdan Eldar Əzizovun açıqlamasına reakisya: “Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?”
Bugün, 11:56 SİYASƏT
-
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO
Bugün, 11:45 KRİMİNAL
-
Laçın şəhərində "İkinci həyat" sərgisi açılıb
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
MÜDAFİƏ NAZİRİ SƏRHƏDƏ GƏLDİ, TÜRKİYƏ VƏ SURİYANI TƏHDİD ETDİ: "Bu vəziyyətə laqeyd qalmayacağıq və..."
Bugün, 11:00 SİYASƏT
-
"Belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur" - Prezident "Sabah"ı təbrik etdi
Bugün, 10:54 GÜNDƏM
-
“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayət edir
Bugün, 10:48 CƏMİYYƏT
-
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 10:48 CƏMİYYƏT
-
“Tamstore”nin saxta reklamı: mağazalara axışan alıcılar aldadılıb - VİDEOLAR
Bugün, 10:30 İQTİSADİYYAT
-
Ərdoğandan yeni mesajlar: "Heç bir güc Türkiyənin kursunu və sərhədlərini müəyyən edə bilməz"
Bugün, 10:10 SİYASƏT
-
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bugün, 10:01 GÜNDƏM
-
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı
Bugün, 09:59 İQTİSADİYYAT
-
Bakıda yanğın: ölən var
Bugün, 09:56 CƏMİYYƏT
-
"Beşiktaş" Jean Onana ilə yollarını ayırdı - AÇIQLAMA
Bugün, 09:43 İDMAN
-
"Leypsiq" Kristofer Nkunkunu icarəyə götürdü
Bugün, 09:28 İDMAN
-
Akademiyada heyrətamiz təyinatlar: prorektorların yeni müşavirlərinə nə qədər maaş ödənilir?
Bugün, 09:07 CƏMİYYƏT
-
"Mançester Yunayted" Karlos Balebanı aldı - 70 milyon funt sterlinq
Bugün, 09:04 İDMAN
-
YPG/SDG Terror Təşkilatı rəsmən ləğv olundu
Bugün, 00:19 DÜNYA
-
Rektor direktoru yeni vəzifəyə təyin etdi
Bugün, 00:19 CƏMİYYƏT
-
"Beşiktaş" Ernest Pokunu transfer etdi
Bugün, 00:08 İDMAN
-
Türkiyənin bu şəhərində 3 dəqiqə içində 2 zəlzələ olub
25.08.2026, 23:28 GÜNDƏM