Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
GÜNDƏM
16.03.2026, 14:19
Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib.
O deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.
Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub.
Qeyd olunub ki, elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir.
Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.
S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.
Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.
İclasın yekununda Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hakan Fidan Avropa ölkəsində: “Daha nəyi gözləyirsiniz?”
Bugün, 21:03 SİYASƏT
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Bugün, 21:03 GÜNDƏM
-
Tehranda Ali liderə sədaqət yürüşü keçirildi
Bugün, 19:13 DÜNYA
-
Türkiyə kuboku: final oyununun tarixi dəyişdi
Bugün, 18:45 İDMAN
-
Azərbaycan nümayəndə heyəti Ermənistanda: nələr razılaşdırıldı? - FOTOLAR (YENİLƏNİB)
Bugün, 18:03 GÜNDƏM
-
Xətaidə hamam otağında faciə: 19 yaşlı gənc öldü, qadın isə... (Yenilənib)
Bugün, 17:48 KRİMİNAL
-
Onlar da sertifikasiyaya cəlb olunacaq
Bugün, 17:39 MƏDƏNİYYƏT
-
Konfrans Liqası: “Şaxtyor”un oyunu hansı kanalda yayımlanacaq?
Bugün, 17:32 İDMAN
-
Dövlət Agentliyində müavin təyinatı olub
Bugün, 17:16 CƏMİYYƏT
-
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR
Bugün, 17:12 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir Əməkdaşlıq Sazişini təsdiqləyib
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev fərman imzalayıb - DƏYİŞİKLİK
Bugün, 16:49 GÜNDƏM
-
İranın milli pulu “yerlə sürünür” – Dollar elə səviyyəyə qalxdı ki…
Bugün, 16:26 İQTİSADİYYAT
-
Deputatdan etiraz: "1000 manat borca görə ölkədən çıxışa qadağaya nə ehtiyac var?”
Bugün, 16:21 SİYASƏT
-
“Temu”dan gətirilən məhsulların yoxlanışı niyə gecikir? - Gömrük rəhbəri iddialara belə cavab verdi
Bugün, 16:16 İQTİSADİYYAT
-
Flora Kərimova: "Başım gicəlləndi, yerə yıxıldım"
Bugün, 16:10 MƏDƏNİYYƏT
-
Müğənni: "Qonşu həmişə bizdən şikayət edir"
Bugün, 15:46 ŞOU-BİZNES
-
Kürün üstündəki ödənişli körpü dağıldı - VİDEO
Bugün, 15:42 CƏMİYYƏT
-
OPEC və OPEC+ dağılır? - TƏHLİL
Bugün, 15:33 İQTİSADİYYAT
-
Sabiq rəis və sektor müdirinin məhkəməsi davam edir
Bugün, 15:27 KRİMİNAL
-
AFFA iki klubu cərimələyib
Bugün, 15:08 İDMAN
-
YEZNƏ, ƏMİOĞLU, XALAOĞLU... - AAYDA-nın sabiq sədrinin qohumları "vuruldu", Agentlik yenidən təşkil edilir? (YENİLƏNİB)
Bugün, 14:59 GÜNDƏM
-
May ayında hava necə olacaq? - Proqnoz
Bugün, 14:59 GÜNDƏM
-
Azərbaycan və Maldiv adaları arasında vizasız rejim tətbiq olunub
Bugün, 14:57 GÜNDƏM
-
İsrail Livana yenə zərbələr endirib
Bugün, 14:38 DÜNYA
-
Onların baqajları gömrükdə yoxlanılmayacaq - Yeni qanun qəbul edilir
Bugün, 14:25 İQTİSADİYYAT
-
Sahil Babayev Aparat rəhbəri təyin edib - O, kimdir? + FOTO
Bugün, 14:13 GÜNDƏM
-
Ağdərəyə növbəti köç olub
Bugün, 14:12 GÜNDƏM
-
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni isə “mümkündür” deyir
Bugün, 14:01 CƏMİYYƏT
-
Meyxanaçı Elşən Xəzərdən qızı barədə xəbərə reaksiya: "Çətindirmi zəng etmək?"
Bugün, 13:47 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov ilə Koreya XİN başçısı telefonda danışdı - Müzakirə
Bugün, 13:34 SİYASƏT
-
SAYSIZ TƏYİNATLAR, DƏYİŞMƏYƏN MÜHİT, ARTMAYAN MAAŞ VƏ ƏLƏ ALINAN MEDİA... - ADY-da növbəti dəyişiklik aparılıb
Bugün, 13:14 CƏMİYYƏT
-
ABŞ prezidenti İranın başsız qaldığını deyir: "İşləri bir türlü yoluna qoyammırlar” – “Bizimlə kim müqavilə imzalayacaq?”
Bugün, 12:58 GÜNDƏM