İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb

img

02-03-2026 [10:06]


İsrail Livanın paytaxtı Beyruta və cənub bölgələrini ağır şəkildə bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə çoxlu ölü və yaralılar var.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki,  hava hücumlarında ümumilikdə 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb: "Beyrutun Dahiye bölgəsində 20, cənubda isə 11 nəfər həlak olub. Dahiyedə 91, cənubda isə 58 nəfər isə yaralanıb"

Xatırladaq ki, İsrail ordusu ötən gecə əhaliyə xəbərdarlıq edəərk 50-dən çox qəsəbədən köçməyi tələb etmişdi.

Tahir Şəlvəli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA