AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat

AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat

GÜNDƏM

23.02.2026, 15:40

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Abbas oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Digər bir sərəncamla isə hmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə olunub

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR