Arda Gülər "Real"da sıxşdırılır - "Orada bir qrup var ki...."

img

12-02-2026 [12:39]


"Fənərbağça"nın keçmiş baş skautu, vaxtilə Arda Güləri "kəşf edən" Serhat Pekmezci maraqlı açıqlamalarla gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, vaxtilə Arda Güləri 200 min lirəyə "Fənər"ə cəlb etdiyini deməklə yanaşı, hazırda "Real"da Arda Gülərə qarşı qrup formalaşdığını iddia edib.

Serhat Pekmezci bildirib ki, bu vəziyyət Arda üzərində böyük psixoloji təzyiq yaradıb: "Arda Gülər ​​hazırda "Real Madrid"də çox ciddi mobbinq yaşayır. Orada Ardanı qəbul edə bilməyən bir oyunçu qruplaşması var. Təəssüf ki, onlar çox yüksək eqosu olan oyunçulardır. Alvaro Arbeloanın etdiyi... Arda çox səbirlidir, amma hətta o da üsyan etməyə başlayıb".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA