Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək

Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək

İDMAN

12.02.2026, 10:47

Bakı Atletika Mərkəzində 2011-2012-ci il təvəllüdlü atletlərin iştirakı ilə qapalı məkanda ölkə birinciliyi təşkil olunacaq.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, proqrama əsasən idmançılar müxtəlif məsafələrə qaçış, hündürlüyə tullanma, nüvə itələmə, uzunluğa tullanma və estafet növlərində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə fevralın 13-14-də keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR