"Elm və Təhsil Fondu"nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
12-02-2026 [12:15]
SOCAR-ın “Elm və Təhsil Fondu”nun 2025-ci il üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələr arasında elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
Mia.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasında neft, neft-kimya və qaz sənayesi, alternativ enerji və yaşıl energetika sahələri üzrə aktual elmi problemlərin nəzəri və praktiki aspektlərinin tədqiqi, innovativ və tətbiqyönümlü nəticələrin əldə olunması, eləcə də texnoloji və kommersiya potensialına malik elmi fəaliyyətin təşviqi məqsədilə təşkil olunub. Layihələr yataqların axtarışı, kəşfiyyatı, işlənməsi, karbohidrogen hasilatı, nəqli, emalı və sahənin dayanıqlı inkişafı kimi prioritet istiqamətləri əhatə edir.
SOCAR-ın “Elm və Təhsil Fondu”nun İdarə Heyətinin müvafiq qərarına əsasən, ekspert rəyləri nəzərə alınmaqla Müsabiqə Komissiyasının qiymətləndirməsi nəticəsində Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrin aşağıdakı layihələri qalib elan olunub:
- Kation-kation və anion-anion əvəzləmələrində defektlərin yaranmasının nəzəri və spektroskopik tədqiqi (Fizika İnstitutu PHŞ);
-Quyuların sulaşmasına qarşı perspektiv mübarizə üsullarının müqayisəli təhlili və səmərəli texnoloji həllərin işlənməsi (Neft və Qaz İnstitutu);
- Azərbaycanda terrigen-karbonat qarışıq kollektor layları olan neft yataqlarının hasilat perspektivliyinin qiymətləndirilməsi (Neft və Qaz İnstitutu);
- Qum təzahürlü sulaşmış quyularda neft hasilatının artırılması üçün in-situ gel əmələ gətirən nano-SiO₂/akrilamid əsaslı tərkibin işlənməsi (Kimya İnstitutu PHŞ);
- Ştanqlı nasosla istismar olunan quyularda nasosun optimal iş rejiminin təyini üçün proqram təminatının (kompüter simulyatorunun) yaradılması (Riyaziyyat İnstitutu PHŞ);
- Az debitli quyulardan neft hasilatında neft-su nisbətinin artırılması üçün texnologiyaların və idarəetmə sisteminin işlənilməsi (Riyaziyyat İnstitutu PHŞ);
- Abşeron neftli-qazlı rayonunda yataqların işlənməsi ilə bağlı şaquli hərəkətlərin InSAR texnologiyası vasitəsilə monitorinqi və risklərin qiymətləndirilməsi (Geologiya və Geofizika İnstitutu);
- Neft-qaz sənayesi üçün təbii azotlu üzvi birləşmələr əsasında çoxfunksiyalı inhibitor sistemlərinin sintezi və tətbiqi (Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu);
- Neftçıxarmada rəqəmsal xidmət infrastrukturunun qiymətləndirilməsi modelləri və alqoritmlərinin işlənilməsi (Riyaziyyat İnstitutu PHŞ);
- Yeni geofiziki yanaşmalarla qeyri-struktur tipli tələlərin aşkarlanma metodikasının təkmilləşdirilməsi (Geologiya və Geofizika İnstitutu);
- Modifikasiya olunmuş silisium əsaslı nanohissəciklərin neft məhsullarının fiziki xüsusiyyətlərinə təsiri (Fizika İnstitutu PHŞ);
- Neft hasilatında enerji sərfinin optimallaşdırılması üçün dərin təlim modelləri (İnformasiya Texnologiyaları İnstitutu);
- Karbohidrogen tullantıları ilə ətraf mühitin çirklənməsinin riyazi modelləşdirilməsi və təsirlərin azaldılması yollarının işlənməsi (Riyaziyyat İnstitutu PHŞ);
- Qazkondensat yataqlarının istismarı zamanı termodinamik proseslərin idarə edilməsi üsullarının təkmilləşdirilməsi (Neft və Qaz İnstitutu);
- Ekoloji təmiz mühərrik yanacaqlarının istehsal texnologiyası (Akademik Y.Məmmədəliyev ad. Neft-Kimya Prosesləri İnstitutu);
- Neftin axıcılığının artırılmasında multifunksional inhibitorların təsirinin spektral, molekulyar və reoloji tədqiqi (Neft-Kimya Prosesləri İnstitutu);
- Abşeron yarımadası yataqlarında istismar obyektlərinin tükənmə dərəcəsinin təhlili və qalıq neft hasilatı üçün perspektiv obyektlərin müəyyənləşdirilməsi (Geologiya və Geofizika İnstitutu);
- Azərbaycanın quru ərazilərində və Cənubi Xəzər hövzəsində qeyri-ənənəvi neft-qaz tələlərinin axtarışı metodologiyasının işlənməsi (Neft və Qaz İnstitutu);
- Neftlə çirklənmiş torpaqlarda polisiklik aromatik karbohidrogenlərin parçalanması üçün yeni hibrid metodoloji yanaşma (Neft-Kimya Prosesləri İnstitutu);
- Neft sənayesi üçün yeni nəsil nanokompozit materialların alınması (Fizika İnstitutu PHŞ);
- Cənubi Xəzər çökəkliyində məhsuldar çöküntülərin neft-qaz potensialının qiymətləndirilməsi (Neft və Qaz İnstitutu);
- Böyük Qafqazın cənub yamacında qeyri-struktur tələlərin paleorekonstruksiyası və geokimyəvi təhlili (Geologiya və Geofizika İnstitutu);
- Balaxanı yatağında neftverimin mikrobioloji üsulla artırılması (Kimya İnstitutu PHŞ);
- Xəzər dənizi neft-qaz infrastrukturunda korroziya inhibitorlarının optimallaşdırılmasında süni intellektin tətbiqi (Neft-Kimya Prosesləri İnstitutu).
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)
İSRAİL MEDİASINDAN QORXUNC İDDİA - İran nüvə silahı ilə vurulacaq?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı vurub - On iki fələstinli öldürüldü
Xarici İşlər Nazirliyi açıqlama yaydı
Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR
"Kəpəz"lə "Turan Tovuz" heç-heçyə razılaşıb
Ruhi Əliyevanın 10 manatlıq holdinqi... - 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib