Zelenski Ukraynada seçkidən danışdı: "24 fevralda heç bir seçki elan edilə bilməz"

img

12-02-2026 [08:46]


"Ukraynada prezident seçkilərinə əvvəllər dediyim kimi, bəlli zaman aralığında hazırıq. Mən seçkilərdən əvvəl də çox  bəhs etmişəm. Bütün lazımi təhlükəsizlik zəmanətləri təmin edildikdə sonra qısa zamanda prezident seçkiləri keçirməyə hazırıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Zelenski  Kiyevdə jurnalistlərin açıqlamasında deyib.

Zelenski qeyd edib ki, 24 fevral 2026-cı il müharibənin 4-cü ildönümü olacaq: "24 fevral xüsusi bir gündür. Müəyyən seçkilərin keçirilməsinə imkan verəcək bir məqsəd və ya müvafiq addımlar olsa belə, düşünürəm ki, həmin tarixdə siyasəti müzakirə etmək tamamilə axmaq bir fikir olardı. Buna görə də, 24 fevralda heç bir seçki elan edilə bilməz".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA