İndoneziyada magistral yollar qırıcı təyyarələrin uçuş-enmə zolaqlarına çevirilir

img

12-02-2026 [10:14]


İndoneziya hökuməti dünyanın diqqətini özünə cəlb edən qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, ölkə daxilində keyfiyyətli şəkilmiş pullu yollar qırıcı təyyarələr üçün təcili uçuş-enmə zolaqlarına çeviriləcək.

İndoneziya Hərbi Hava Qüvvələri komandanı, Marşal Tonni Harjono bildirib ki, ölkənin 39 əyalətinin hər birində magistral yolun ən azı bir hissəsi təcili eniş zolağı kimi istifadəyə yararlı hala gətiriləcək.

Məlumatda deyilir ki, artıq Lampunq əyalətində keçirilən təlimdə F-16 qırıcı təyyarəsi və Super Tucano hücum təyyarəsi magistral yola uğurla eniş edib, daha sonra isə havalanıb.

Müdafiə nazirinin müavini Donni Ermavan Taufanto bildirib ki, bu, ölkənin müdafiə qabiliyyətini çevik hala gətirəcək.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA