Hərbçi dəm qazından zəhərlənərək ölüb

img

11-02-2026 [21:38]


Beyləqan rayonunda hərbi qulluqçu dəm qazından zəhərlənərək həyatını itirib.

Məlumata görə, 1996-cı il təvəllüdlü Qərib Qəribov Beyləqan şəhəri ərazisində kirayə götürdüyü yaşayış evində İran sobasının nasazlığı nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.

Bildirilir ki, mərhum əslən Şəki rayonundandır. O, Beyləqana yeni təyinatla göndərilib və müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmət göstərib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır/Qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA