ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
11-02-2026 [20:01]
Bu gün Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şükür Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. O, ötən il yanvarın 22-də Nizami rayonu ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında idarə etdiyi “Tofaş Doğan” markalı 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə piyada keçidi üzərində 33 yaşlı Pirizadə Günay Əli qızını vuraraq öldürməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. Bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, mərhum G. Pirizadə Suraxanı rayonu 278 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Hadisədən bir ildən artıq vaxt ötməsinə baxmayaraq, məhkəmə hökmü elan olunmayıb. Təqsirləndirilən Şükür Şükür Məhərrəmov barəsində isə 21 aprel 2025-ci il tarixdə məhkəmə tərəfindən polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub.
Bugünkü prosesdə təqsirləndirilən tərəfin verdiyi vəsatət müzakirə olunub. Hakim N. Mehdiyev tərəfləri dinlədikdən sonra müşavirəyə gedib və vəsatətin təmin olunmadığını bildirib. O, sənədlərin tədqiqini elan edib və cinayət işində olan sənədlər barədə məlumat verib.
Daha sonra təqsirləndirilənin vəkili zərərçəkənə barışıq təklif etdiyini və bunun yüngülləşdirici hal olduğunu deyib. O, Şükür Məhərrəmovun prosesə gətirdiyi 20 min manatı təqdim edib. Onun bu hərəkəti isə qarşı tərəfin kəskin etirazına səbəb olub. Mərhumun hüquqi varisi Ə. Məmmədrzayev ondan gətirdiyi pulu yığışdırmağı tələb edib: “Bizim heç nəyə ehtiyacımız yoxdur. Mən sənə 200 min manat gətirərəm, övladımı geri gətirə bilərsənmi?” – deyə qarşı tərəfin vəkilinə sual edib. Hakim tərəfləri sakitləşdirib.
Daha sonra dövlət ittihamçısı Süleyman Atakişiyev çıxış edib. O, prokurorluq orqanlarında 16 ildən artıq xidmət etdiyini və bu müddətdə çoxlu sayda cinayət işlərində dövlət ittihamını müdafiə etdiyini vurğulayıb: “Hörmətli hakim, bu müddət ərzində mən ilk dəfədir zərərçəkənin bu qədər ürək yanğısı ilə, böyük ağrı ilə yaşadığını görürəm. Əlbəttə, işimizin gərəyi biz hadisələrə soyuqqanlı, ədalətli yanaşmalıyıq, hisslərimizi büruzə verməməliyik. Amma mən mərhumun atasının keçirdiyi acıları qeyd etməyi özümə borc bildim”.
Dövlət ittihamçısı təqsirləndirilən Şükür Məhərrəmovun məhkəmə zalında həbs edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Mərhum Günay Pirizadənin atası Əli Məmmədrzayev isə hakimdən ədalət tələb etdiyini bildirib: “Hörmətli hakim, qızım dünyasını dəyişdi, amma inanın ki, biz də yaşamırıq. Mənim və anasının günü qəbiristanlıqda, onun məzarının yanında oturmaqla keçir. Mənim 67 yaşım var, müəlliməm, həyat yoldaşım da müəllimədir. Biz 33 ildə övladımızı min bir əziyyətlə, halal zəhmətlə böyütmüşük, qəpik-qəpik yığıb təhsil vermişik. Biz yalnız dövlətdən ədalət istəyirik. Tələb edirik ki, Şükür Şükür Məhərrəmova elan olunan maddə üzrə nəzərdə tutulan maksimum cəza verilsin. Əgər ədalət təmin olunmazsa, mən bütün instansiyalara, ölkə başçısına, Avropa Məhkəməsinə müraciətlər edəcəyəm, durmayacağam, dayanmayacağam...”
Zərərçəkmişin hüquqi nümayəndəsi Əli Məmmədrzayevin vəkili Rəşad Əliyev də təqsirləndirilən şəxsin ittihamlarının tam təsdiq olunduğunu deyərək, ona ağır cəza təyin edilməsini xahiş edib. Təqsirləndirilənin vəkilləri və özü isə hakimdən bəraət qərarı çıxarılmasını xahiş ediblər. Buna əsas kimi hadisənin qəsdən törədilməməsi, Şükür Məhərrəmovvun yaşı, xəstəliyi, həyat yoldaşının vəfat etməsi göstərilib.
Gözlənilirdi ki, hakim cinayət işi üzrə hökm oxuyub, prosesi yekunlaşdıracaq. Amma N. Mehdiyev hökmün sabah saat 11:10-da elan olunacağını bildirib.

Qeyd edək ki, cinayət işinə baxan hakim Nəriman Mehdiyev AMEA-nın keçmiş prezidenti, hazırda dövlət çevrilişinə cəhd və s. maddələrlə mühakimə olunan Ramiz Mehdiyevin qardaşı oğludur. Maraqlı məqamlardan biri isə Günay Pirizadənin ölümünə səbəb olan avtomobilin məşhur oliqarx Nürəddin Zülfüqarlının oğlu Zülfüqar Zülfüqarlıya məxsus olmasıdır. Bu fakt ittiham aktında yer alıb, qeyd olunur ki, Şükür Məhərrəmov avtomobili etibarnamə əsasında idarə edib. Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxs Nürəddin Zülfüqarlının qaynı, avtomobilin sahibi Z. Zülfüqarlının isə dayısıdır.

Xatırladaq ki, Zülfüqarlılardan daha biri – “Bakıpoladtökmə ASC”nin sahibi olmuş Loğman Zülfüqarlı Cinayət Məcəlləsinin 178-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilərək həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.
Zərərçəkən Əli Məmmədrzayev bildirib ki, Şükür Məhərrəmov və onun yaxınları mövqelərindən, imkanlarından istifadə etməklə müxtəlif qanunsuz yollarla istintaqa və məhkəməyə təsir göstərməyə cəhd etsələr belə, o, bu səylərin səmərəsiz olacağına inanır və Azərbaycan məhkəmələrinin ədalətinə güvənir.
E. Rüstəmli
“AzPolitika.info”
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Əli Əsədov Milli Məclisdə hesabat verdi
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah